Sarıcallı
Sarıcallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sarıcallı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıcallı kənd Soveti yaradılmışdır.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Sarıcallı | |
---|---|
![]() | |
39°17′44″ şm. e. 47°05′50″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 250 m |
Saat qurşağı | |
![]() |
Toponimikası
redaktəYaşayış məntəqəsi bəhmənlilərin bir qolu olan sarıcalıların adı ilə bağlıdır. Sancalılar cavanşir və başqa tayfalarla birlikdə Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışdılar. XIX əsrin əvvəllərində onlar dərgahlı, əmiraslanbəyli, çəmənli, incilli, yetim adlı tirələrə bölünürdü. 1917-ci ildə Şuşa qəzasında Əmiraslanbəyli Sarıcalısı, İncirli Sarıcalısı, Tərəkəmə Sarıcalısı, Quzanlı Sarıcalısı adlı yaşayış məntəqələri də qeydə alınmışdı.[4]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Gəyən çölündə yerləşir.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ "Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi". qafqazinfo.az (az.). 5 oktyabr 2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
- ↑ Sarıcallı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktəCəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |