Şüyüd plov — Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür.

Tərkibi

redaktə
  • Uzun düyü
  • Şüyüd
  • Kərə yağı
  • Duz
  • İstiot
  • Zövqə görə mal ət və ya toyuq əti əlavə olunur.

Hazırlanma qaydası

redaktə

Düyünü duzlu suda isladırıq. Suyu qaynadıb düyünü qazana tökürük. Şüyüdü yuyub incə-incə doğrayırıq. Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük. Asta-asta qarışdırırıq ki, düyü əzilməsin. Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq. Toyuğu doğrayıb soyutma bişiririk. Yumurtaları da soyutma bişiririk. Daha sarımsaqlı qatıqla birlikdə süfrəyə verilir.