Şahlar Əsgərov

alim

Əsgərov Şahlar Qaçay oğlu (15 iyun 1941, Kəlbəcər rayonu) — azərbaycanlı professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri.

Şahlar Əsgərov
Əsgərov Şahlar Qaçay oğlu
Doğum tarixi (83 yaş)
Doğum yeri Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Professor
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2001
"Şöhrət" ordeni — 1999

Həyatı

redaktə

Şahlar Qaçay oğlu 15 iyun 1941-ci ildə Azərbaycan SSR-in Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada almışdır. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər.

Ş. Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal – yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 –cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal – yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri- bircins model təklif etmişdi. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdı. Belə ki, Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin 1999 –cu ildə birgə çap etdirdikləri monoqrafiyada (E.Ф. Вагнер и др: Межфазные взаимодействия и механизмы деградации в структурах металл –İnP и металл - GaAs ) Ş.Əsgərovun familiyası dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilmişdi. O, bir çox məşhur alimlərə birgə elmi məqalə müəllifidir. Professor, L.Sena (Leninqrad), L.Prane viçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünya alimləri ilə əməkdaşlıq edərək birgə məqalələr çap etdirmişdir. Ş.Q.Əsgərov elmi məktəbi olan alimlərimizdəndir.

Həm birinci, həm ikinci elmi istiqamət üzrə o, 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik etmişdir. Bu səbəbdən də onun elmi fəaliyyəti haqqında məlumat Rusiyada çap olunan "Российские научные школы" ( т.3, стр.32, Москва, 2010) kitabının 32-ci səhifəsində verilmiş, elmi məktəbin banisi kimi "Научная школа имени Ш.Г.Аскерова" sertifikatı ilə təltif edilmişdir. Həmçinin onun elmi fəaliyyəti və tərcümeyi halı "Выдающийся ученые России" enisklopediyasının 6-cı сildinə daxil edilmişdir.

O, Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdı. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələr" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir. Son zamanlar Ş.Əsgərovun tədqiqatlar apardığı üçüncü sahə – təhsilin fəlsəfəsi, daha doğrusu sosial fəlsəfə və pedaqogikadır. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqi qatların nəticəsi "Biliyin qiymətlən dirməsinin yeni şkalası", "Biliyin qiymətləndirməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma" və "Biliyin qiymətləndirməsinin fəlsəfəsi" kimi 20–yə yaxın məqalə 2009 –2010-cu illərdə Rusiyanın mötəbər aka demik jurnallarında çap edilmişdir.

Tanınmış alimin fəlsəfi mövzulara da həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

Qeyd edək ki, professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.

Mükafatları

redaktə

Ş.Q. Əsgərovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O. "Şöhrət" ordeni (1999)[1] və "Əməkdar elm xa dimi" (2001) [2] fəxri adıyla təltif edilmişdir. Bir sıra Beynəlxalq Akademiyaların (РАЕ , АСПН) üzvüdür.

Kitabları

redaktə
  • "Keçid dövrünə fəlsəfi baxış" (1998),
  • "Milli birlik probleminə fəlsəfi baxış" (2001),
  • "Təhsilimiz dünən, bu gün və sabah" (2003),
  • "Düşüncə tərzi" (2008)

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  2. "Ş. Q. Əsgərova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə