Şorlar — Altay xalqları türk qrupunun hun qoluna mənsub xalq. Rusiya İmperatorluğu vaxtında şorlara Aba-Tura tatarları (rus. Кузнецкие татары) deyirdilər.

Şorlar
Dili

Şor dili (şorca)

Dini

Xristianlıq, şamanizm

Mənşəyi
Türk


Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya Federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerovo dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar.

2002-ci ildə Rusiya FR - da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır.[1]

İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər).

Antropoloji quruluşlarına görə şorlar böyük monqoloid irqinin ural tipinə aid edilir.

Şorların əksəriyyəti şor dilində danışır.

Şor dili

redaktə

Şor dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur.

Şorlar tarixən qədim türklər kimi şamanist olublar. XIX əsrdən Rusiyanın dini siyasəti nəticəsində xristianlaşmaya məruz qaldıqlarından şorlar arasında xristianların sayı əhəmiyyətli dərəcədə artmışdır.

Xarici keçidlər

redaktə

Mənbə

redaktə

Həmçinin bax

redaktə
  1. "Rusiya Dövlət Statistika Komitəsi : 2002 – ci il siyahıya almasına əsasən azsaylı yerli xalqların sayı və məskunlaşdığı ərazilər". 2006-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-27.