Ağqoyunlu hökmdarlarının siyahısı

Ağqoyunlu hökmdarlarının siyahısıAğqoyunlular oğuzların bayandur boyuna mənsub olublar.[6] Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Fars körfəzi, şərqdə İran Xorasanı, qərbdə TürkiyəSuriyaya qədər uzanıb.[7] Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur. 1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur.[7]

Ağqoyunlu hökmdarları
Keçmiş monarxiya
Bayraq
Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu imperiyasında daxili çəkişmələr imperiyanın dağılmasına qədər sona çatmadı.
İlk hökmdar Pəhləvan bəy
Son hökmdar Sultan Murad
Titul bəy, sultan, padşah[1][2]
Rəsmi məkan Həşt-Behişt sarayı,[3][4]Təbriz
İdarəetmə forması Mütləq monarxiya
Yaranması 1468
Süqutu 1501 və 1503[5]
İddiaçı Zeynalabidin bəy

1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzəSultan Murad arasında 2 yerə bölündü.[8] 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu.[9]

Ağqoyunlularda hökmdar

redaktə
 
Ağqoyunlu imperiyası ən qüdrətli dövrlərində (1478).

Ağqoyunlu hökmdarlarının titulları Uzun Həsənin dövrünə qədər bəy olmuşdur. Uzun Həsən QaraqoyunlularıTeymuriləri məğlub edərək böyük imperiya qurduqdan sonra hökmdarlara bəydən başqa padşahsultan da deyilməyə başlandı.[1][2] Ağqoyunlu hökmdarı qeyri-məhdud hakimiyyətə malik idi. O, ordunun komandanı idi və qanunlarda, sosial, iqtisadi sahədə istədiyi qərarı qəbul edə və dövlət məmurlarının təyin edə və azad edə bilərdi. Hökmdarın verdiyi əmrlər fərman sayılırdı və katiblər tərəfindən yazılırdı. Fərmanların üzərində hökmdarın möhürü olurdu. Ağqoyunlu hakimiyyəti mütləq monarxiya ilə idarə edilirdi. Ağqoyunlu hökmdarlarının məşvərətçi orqanı "divan" mövcud idi. Ancaq son qərarı hökmdar verirdi.[10]

Ən çox hakimiyyətdə olan Ağqoyunlu hökmdarı Osman bəy olmuşdur. Beləki, Osman bəy 32 il hakimiyyətdə olmuşdur. Ən az hakimiyyətdə olan hökmdar isə Sultan Xəlil olmuşdur. O, 1478-ci ilin qış və yay aylarında hakimiyyətdə olmuşdur.

Hökmdarların siyahısı

redaktə
  •      — hökmdar taxtda olmasına baxmayaraq hakimiyəti əlində tam cəmləşdirə bilməyib.
  •      — müstəqilliyini hərhansı bir vilayətdə elan edib, bütün ölkə ərazisində hökmdar deyil.

Quruluş dövrü

redaktə
Titul Ad Hakimiyyət illəri Qeydlər
Bəy Pəhləvan bəy ? — 1340
Bəy Turəli bəy
طور علی پہلوان
Əl-əd-Din
علاء الدين
1340–1362
Bəy
Qutlu bəy
قتلغ بن طور علی
Fəxr-əd-Din
فخر الدین
1362–1389
  • Turəli bəyin oğlu.
  • 1389-cu ildə vəfat etmişdir. Məzarı Bayburtdadır.
Bəy Əhməd bəy
احمد بن قتلغ
1389–1403
  • Qutlu bəyin oğlu.
  • 1396-cı ildə Osman bəy Qazi Bürhanəddinin də köməyi ilə Əhməd bəyi hakimiyyətdən saldı və faktiki olaraq Ağqoyunluların başçısı oldu.[12]
  • Əhməd bəy 1403-cü ildə Paluda vəfat etdi.[13]

Bəylik dövrü

redaktə
Titul Ad Hakimiyyət illəri Qeydlər
Bəy Osman bəy
قرا یولک عثمان
Baha-əd-Din
بھا الدین
1403–1435
  • Fəxrəddin Qutlu bəyin və Trabzon şahzadəsi Maria Komnenosun oğlu.
  • 1399-cu ildən Əmir Teymur ilə müttəfiq oldu və Əmir Teymur tərəfindən Diyarbəkir mərkəz olmaqla bir çox əraziyə hakim təyin edildi.[14]
  • Onun dövründə Ağqoyunlular geniş ərazilər ələ keçirərək bəyliyə çevrildilər.[14]
  • 1402-ci ildə Ankara döyüşündə öz qüvvələri ilə Əmir Teymurunun tərəfində döyüşmüşdü.[14]
  • 1435-ci ilin avqustunda Ərzurum yaxınlığında Qaraqoyunlular döyüşdə 80 yaşlı Osman bəy atdan yıxılaraq vəfat etdi. O, Ərzurumda dəfn edildi.[15]
Bəy Əli bəy
علی بن قرا یولک عثمان
Cəlal-əd-Din
جلال الدین
1435–1438
Bəy Həmzə bəy
حمزہ بن قرا یولک عثمان
Nur-əd-Din
نور الدین
1438–1444
  • Qara Yuluq Osmanın oğlu.
  • Hərbi uğurlarına görə ona "Ulu Bəy" adı verilmişdi.
  • Həmzə bəy 1444-cü ildə Əli bəyin ölümündən biraz sonra xəstələnərək öldü.[17]
Bəy Cahangir mirzə
جهانگیر بن علی
Mu'izz-əd-Din
معز الدین
1444–1453
  • Cəlaləddin Əli bəyinSara xatunun oğlu.[18]
  • 1450–1451-ci illərdə Qaraqoyunlularla müharibədə məğlub olması Ağqoyunlular arasında nüfuzuna böyük zərbə vurdu.
  • 1452-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şah ilə sülhə razılaşması isə kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanlar tərəfindən narazılıqla qarşılandı və 1453-cü ildə Uzun Həsən tərəfindən taxtdan salındı.[19]
Bəy Qılınc Arslan
قلچ ارسلان بن احمد
1453–1457

İmperiya dövrü

redaktə
Şəkil Titul Ad Hakimiyyət illəri Qeydlər
Bəy
padşah
sultan
Uzun Həsən
اوزون حسن بن علی
Əbül-Nasr
ابو النصر
1453–1478
  Bəy
padşah
sultan
Sultan Xəlil
سلطان خلیل بن اوزون حسن
Əbül-Fəth
ابو الفتح
1478
  • Uzun Həsənin və Səlcuqşah bəyimin oğlu.
  • Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin hakimi idi
  • Uzun Həsəndən sonra Ağqoyunlu taxtına keçmişdir və atasının mərkəzləşdirmə siyasətini davam etdirmişdir.
  • Mərkəzləşdirmə siyasətini bəyənməyən əyanlar bundan narazılıq etdilər. Bu səbəbdən əyanlar Sultan Xəlilin qardaşı Yaqub bəyə (gələcəkdə Sultan Yaqub) dəstək verərək qiyam qaldırdılar. 1478-ci ilin iyulunda Xoy döyüşündə Yaqub bəy və dəstəkçiləri tərəfindən məğlub edildi və öldürüldü.[27]
  Bəy
padşah
sultan
Sultan Yaqub
یعقوب بن اوزون حسن
Əbül-Müzəffər
ابو المظفر
1478–1490
  • Uzun Həsənin və Səlcuqşah bəyimin oğlu.
  • Böyük qardaşı Sultan Xəlili devirərək hakimiyyətə gəlmişdir.
  • 24 dekabr 1490-cı ildə Qarabağda vəfat etmişdir.[28]
  • Ölkə daxilində sabitliyi təmin etməyi bacaran son hökmdar olmuşdur. Ölümündən sonra şahzadələr arasındakı taxt-tac mübarizəsi Ağqoyunluların süqutuna qədər davam etmişdir.
  Bəy
padşah
sultan
Sultan Baysunqur
بایسنقر بن یعقوب
Əbül-Fəth
ابو الفتح
1490–1492
  Bəy
padşah
sultan
Sultan Rüstəm
رستم بن مقصود بن اوزون حسن
Əbül-Müzəffər
ابو المظفر
1493–1497
  • Uzun Həsənin nəvəsi və Maqsud mirzənin oğludur.
  • 1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə atılmışdır.
  • 1492-ci ildə Eybə Sultanın dəstəyi ilə həbsdən çıxaraq Baysunquru taxtdan salmışdır.
  • 1497-ci ildə əmisi oğlu Gödək Əhməd və onun tərəfinə keçən Eybə Sultan başda olmaqla sərkərdələrinin bir qismini tərəfindən məğlub edildi və Gürcüstana qaçdı. Orada öldürüldü.[30]
  Bəy
padşah
sultan
Gödək Əhməd
احمد گوده بن اغورلو محمد بن اوزون حسن
Əbül-Nəsr
ابو النصر
1497
Ağqoyunluların parçalanması
  Bəy
padşah
sultan
Əlvənd mirzə
الوند بن یوسف بن اوزون حسن
Əbül-Müzəffər
ابو المظفر
1498–1501
  Bəy
padşah
sultan
Məhəmməd mirzə
محمد بن یوسف بن اوزون حسن
Əbül-Mükərrəm
ابو المکرم
1497–1499
  • Uzun Həsənin nəvəsi və Yusif bəy Bayandurun oğludur.
  • Eybə Sultanın qardaşları Nurəli və Əşrəf tərəfindən dəstəklənərək 1498-ci ildə Fars vilayətində sultan elan edildi.
  • 1499-cu ildə Eybə Sultanın başçılığı etdiyi Əlvənd mirzənin ordusunu məğlub etdi və döyüşdə Eybə Sultan öldürüldü. Beləliklə, Təbrizə daxil olmağı bacardı.[32]
  • Lakin sonradan Əlvənd mirzə yeni qüvvə toplayaraq onu məğlub etdi və Məhəmməd mirzə yenidən Fars vilayətinə çəkildi.
  • 1500-cü ildə Sultan Murad və tərəfdarları tərəfindən məğlub edildi və öldürüldü.[32]
  Bəy
padşah
sultan
Sultan Murad
سلطان مراد بن یعقوب بن اوزون حسن
Əbül-Müzəffər
ابو المظفر
1500–1508

Diyarbəkir hökmdarları

redaktə
Titul Ad Hakimiyyət illəri Qeydlər
Bəy
sultan
padşah
Sultan Qasım 1496–1501
  • Uzun Həsənin qardaşı Cahangir mirzənin oğlu.
  • 1496-cı ildə Diyarbəkir və ətraf ərazilərə hakim təyin olunmuş və müstəqil hakimiyyət sürmüşdür.[36] Qasım bəy öz adına pul kəsdirmiş və Mardini paytaxt etmişdir.
  • 1501-ci ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Sultan Qasımdan torpaq tələb etmişdir. Bunu qəbul etməyən Sultan Qasım Əlvənd mirzə tərəfindən Mardin yaxınlığında məğlub edilmiş və öldürülmüşdür. Əlindəki torpaqlarda isə Əlvənd mirzə hökm sürməyə başlamışdır.[37]
Bəy
sultan
padşah
Zeynalabidin bəy
زین العابدین بن احمد بن اغورلو محمد
1505–1508
  • Gödək Əhmədin oğlu.[38]
  • 1505-ci ildə Əlvənd mirzənin ölümündən sonra Diyarbəkir ətrafında hakimiyyətə gəlmişdir.
  • Zeynalabidin bəy hakimiyyətini möhkəmləndirmək üçün bəzi tədbirlər görməyə başladı. Uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi və ətraf ərazilərə yürüşlərə başladı. Lakin Əmir bəy həbsdən çıxdı və Zeynalabidin bəyi məğlub edərək əsir aldı.[39]
  • Əmir bəy Mosullu isə I Şah İsmayıla tabeliyini bildirdi. 1508-ci ildə Diyarbəkir ətrafı bölgələr tamamilə Səfəvilərin hakimiyyətinə keçdi.

İstinadlar

redaktə
  1. 1 2 Muʾayyid S̲ābitī, ʻAlī. Asnad va Namahha-yi Tarikhi (Historical documents and letters from early Islamic period towards the end of Shah Ismaʻil Safavi's reign.). Iranian culture & literature. Kitābkhānah-ʾi Ṭahūrī. 1967., pp. 193, 274, 315, 330, 332, 422 and 430. See also: Abdul Hussein Navai, Asnaad o Mokatebaat Tarikhi Iran (Historical sources and letters of Iran), Tehran, Bongaah Tarjomeh and Nashr-e-Ketab, 2536, pages 578,657, 701–702 and 707
  2. 1 2 H. R. Roemer, "The Safavid Period", in ''Cambridge History of Iran'', Vol. VI, Cambridge University Press 1986, p. 339.
  3. Nuriyeva İradə Tofiq qızı. Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək) (PDF). Bakı: Mütərcim. 2015. səh. səh.115. 2020-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-05.
  4. Qasımov Xeyirbəy Sabir oğlu. Orta əsrlərdə Azərbaycan mədəniyyəti (PDF). Bakı. 2008. səh. səh.228. 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-06.
  5. H. J. Kissling, Bertold Spuler, N. Barbour, J. S. Trimingham, H. Braun, H. Hartel. The Last Great Muslim Empires. 1969. səh. p.78. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  6. 1905.az. "Tofiq Nəcəfli: "Qaraqoyunlular və Ağqoyunlular Oğuz boylarıdır."" (az.). Gündüz Nəsibov. 11.01.2019. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  7. 1 2 1905.az. "Qaraqoyunlu və Ağqoyunlu dövləti" (az.). 27.07.2016. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  8. 1 2 Nuriyeva İradə Tofiq qızı. Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək) (PDF). Bakı: Mütərcim. 2015. səh. səh.111. 2020-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-05.
  9. anl.az. "Şah İsmayıl–görkəmli sərkərdə və dövlət xadimi" (az.). Süleyman Məmmədov. 2013, 23 yanvar. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  10. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu. 2000. səh. səh.31-33. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  11. Zekiye Tunç. Akkoyunlular döneminde Harput (PDF). Elazığ: Fırat Üniversitesi Harput Uygulama ve Araştırma Merkezi. 23-25 Mayıs 2013. səh. səh.578. 2020-10-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  12. John E. Woods, 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine, Aşiret, Konfederasyon, İmparatorluk, çev. Sibel Özbudun, Milliyet yay., İstanbul, 1993. s.79.
  13. forum.azeri.net. "Ağqoyunlu hökmdarları" (az.). 02-05-2013. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  14. 1 2 3 İlhan Erdem. Ak-Koyunlu Devletinin kurucusu Kara-Yülük Osman Beyin hayatı ve faaliyetleri (PDF). səh. səh.100. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-03.
  15. Toksoy, A., "Akkoyunlular ve Erzincan (Uzun Hasan Devrine Kadar)", Türklük Bilimi Araştırmaları, Sayı:35, Yıl:2014.
  16. tarihiolaylar.com. "Akkoyunlular (Bayındıriye Devleti 1340-1514)" (türk). 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  17. enfal.de. "Akkoyunlular" (türk). 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  18. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000, səh 40.
  19. tarihtarih.com. "Akkoyunluların Tarihi Sahnesine Çıkışı" (türk). İlhan Erdem, Mustafa Uyar. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  20. Ahmet Toksoy. Akkoyunlular ve Erzincan (Uzun Hasan Devrine Kadar). Bahar. 2014. səh. səh.258. 2019-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  21. Alexander Mikaberidze. Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. ABC-CLIO. 2011. səh. 907. ISBN 9781598843361. 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-13.
  22. Peter Jackson, Lawrence Lockhart. The Cambridge History of Iran, Volume 6. Cambridge University Press. 1986. səh. 173. ISBN 9780521200943. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-13.
  23. Peter Jackson, Lawrence Lockhart (1986). The Cambridge History of Iran, Volume 6. Cambridge University Press, 173. ISBN 9780521200943.
  24. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. səh. səh.258. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-04.
  25. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. səh. səh.263-264. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-04.
  26. Abu'l-Fazl ibn Mubarak. Ain-I Akbari. Manas Publications. 2002. 1716. ISBN 9788175362284. 2014-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
  27. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. səh. səh.309. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-04.
  28. Faruk Söylemez. Anadoluda sahte Şah İsmail isyanı (PDF). Kahramanmaraş: Sosyal Bilimler Enstitüsü Dergi Sayı:17. 2004. səh. səh.75. 2019-02-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  29. avrasyad.com. "Akkoyunlu yönetiminde Musullular: Sufi Halil Bey örneği" (türk). Ayşe Atıcı Arayancan. 2018. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  30. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə). Bakı: Elm. 1938. səh. səh.33. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-05.
  31. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. səh. səh.349. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-04.
  32. 1 2 3 Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə). Bakı: Elm. 1938. səh. səh.33-34. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-05.
  33. Minorsky V. La Perse au XV-e siècle entre La Turque et Venise, Paris, 1933, səh. 60–61
  34. e-tarih.org. "Akkoyunluların Yıkılışı" (türk). 06 Kasım 2007 20:52. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  35. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 343. ISBN 978-9952-441-02-4.
  36. Kâzım Paydaş. Moğol ve Türk-İslâm Devletlerinde Suyurgal Uygulaması (PDF). Güz, sayı 39. 2006. səh. səh.204. 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-05.
  37. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. səh. səh.391. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-04.
  38. marasanahaber.com. "Abdurrezzak Bey kimdir?" (türk). 26 Eylül 2018. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  39. elbistankaynarca.com. "Elbistan Savaşı(1507)" (türk). Adnan Güllü. 24.01.2013. 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  • islamilimleri.com. "Akkoyunlular" (türk). İstifadə tarixi: 2019-02-06.
  • diyadinnet.com. "Akkoyunlular" (türk). 19 avqust 2008. İstifadə tarixi: 2019-02-06.