Alfons Rotşildfransız bank sahibi.

Alfons Rotşild
Alphonse James de Rothschild
Doğum tarixi 1 fevral 1827(1827-02-01)[1][2][…]
Doğum yeri Paris, Fransa
Vəfat tarixi 26 may 1905(1905-05-26)[1][3][…] (78 yaşında)
Vəfat yeri
Həyat yoldaşı Leonora Rotşild (1837-1911)
Uşaqları Bettina Karolin (1858-1892), Laynel Ceyms Mayer (1861-1861), Şarlot Beatris (1864-1934), Eduard Alfons Ceyms (1868-1949)
Atası Ceyms de Rotşild (1792-1868)
Anası Betti de Rotşild (1805-1886)
Milliyyəti fransız
Fəaliyyəti rəsm kolleksioneri[d], maliyyəçi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Alfons Rotşild Parisdə çox məşhur bankir Ceyms Mayer de Rotşildin (1792–1868) böyük oğlu idi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur.

Fəaliyyəti

redaktə

Bakı neft sənayesinin gur inkişafı xarici kapitalın diqqətini cəlb edirdi. Ən qısa müddətlərdə 1844-cü ildə Bakıda "Xəzər-Qaradəniz neft-mədən və ticarət cəmiyyəti" yaradılmışdır. Bu cəmiyyətin başında fransız bank sahibi Alfons Rotşild dururdu. Yeni cəmiyyətin planları böyük idi: neftin hasilatı, onun emalı və xüsusilə ixracı. Bakı quyularının neft fontanları, bu işgüzar adamı yeni satış bazarları tapmağa məcbur edirdi.

1901-ci ildə Rotşild Nobel ilə birləşərək, Bakı neftindən hazırlanan məhsulların - mazutun, kerosinin, texniki yağların və s. daşınması ilə məşğul olan "Nobel-Mazut" konsernini yaratdı. A.Rotşild neft aləmində nüfuzlu və hörmətli fiqur olub.

Bu gün Bakının lap mərkəzində, M.Muxtarov küçəsində, hazırda Respublika prokurorluğu yerləşən binada bir vaxtlar A.Rotşildin kontoru yerləşirdi.

Həmçinin bax

redaktə

Mənbə

redaktə

"Azərbaycanın neftçi alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2007, 255 s.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Mayer James Alphonse Rothschild // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. Lundy D. R. Mayer Alphonse de Rothschild // The Peerage (ing.).

Xarici keçidlər

redaktə