Arietta (it. arietta), azaltmaq, yumşaltmaq, kiçiltmək mənalarını verir. Ariyanın kiçik formasıdır, melodiyaları mahnı xarakterinə uyğun gəlir. Ariettanın mətninin sözləri tipik və sadə olur. Daha çox komik, fransız operaları üçün xarakterikdir.[1]

17,18-ci əsrlər italyan operasında bəzən kavatinaya bənzər qısa ariya. 18-ci əsr fransız operasında səhnədə baş verən əsas əhvalatlarla əlaqəsi olmayan italyan üslubunda virtuoz ariya (da capo) və yaxud (komik operada) xalq ruhunda mahnı. 19,20-ci əsrlər operasında sakit, mülayim templi kiçik ariya (N. A. Rimski-Korsakovun eyniadlı operasında Qar qızın ariyettası). Adətən fortepiano üçün melodik instrumental pyes.

İstinadlar

redaktə
  1. İlham Rəhimli. Teatr Ensiklopediyası. Bakı-2016.