Azərbaycanca Vikipediya

Vikipediyanın Azərbaycan dilində olan bölməsi

Azərbaycanca Vikipediya Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 19 avqust 2024 — Azərbaycan dilində olan Vikipediyada 200.924 məqalə var.

Azərbaycanca Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL az.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil Azərbaycan dili
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi yanvar 2002
Məqalələrin sayı 200.921 (55-ci yer)
Faylların sayı 14.960
Səhifələrin sayı 575.356
Redaktələrin sayı 7.725.239
İstifadəçilərin sayı 296.064
Aktiv istifadəçilərin sayı 604
İnzibatçıların sayı 15
Dərinlik 46,6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.

Azərbaycanca Vikipediya

redaktə
Vikipediya-Azərbaycan İB-nin ilk bukleti

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik.

Məqalə sayı

redaktə
  • 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır.
  • 9 mart 2007–5,000 məqalə[1]
  • 22 iyul 2007–10,000 məqalə[1]
  • 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.[2]
  • 29 iyul 2011–75,000 məqalə (5,819 məqalə ərəb əlifbasında).
  • 17 sentyabr 2012–90,000 məqalə[3]
  • 10 mart 2014 — I Milli Vikipediya Forumu
  • 25 mart 2014 — Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100,000+ bölməsinə adlamışdır.[4]
  • 14 aprel 2015–95,873 məqalə (bütün ərəb əlifbasında məqalələr silinmişdir)
  • 22 iyul 2015 — Azərbaycan dilində ərəb əlifbasında ayrı Vikipediya yaradılmışdır.
  • 29 oktyabr 2015–100,000 məqalə
  • 24 sentyabr 2019–150,000 məqalə
  • 10 may 2024–200,000 məqalə

Vikipediyaçıların görüşl��ri

redaktə

İlk görüş

redaktə
 
İlk görüşün iştirakçıları: soldan sağa — Wertuose, Sortilegus, Sefer azeri, Cekli829, Fərhad

Azərbaycanca vikipediyaçılar arasında ilk görüş 6 dekabr 2009-cu ildə Qafqaz Media Tədqiqatları Mərkəzinin İçərişəhərdə yerləşən ofisində baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir.[5].

I Milli Vikipediya Forumu

redaktə

İstinadlar

redaktə
  1. 1 2 "Wikimedia News/2007". 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  2. "В Баку был проведен Первый национальный форум википедистов". 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  3. "Wikimedia News/2012". 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  4. "Azərbaycandilli Vikipediyada məqalə sayı 100 mini ötdü". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  5. "Vikipedi kullanıcıları Bakü'de toplandı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-25.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə