Bala bəy Həsənbəyov

Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru.[1]

Bala bəy Həsənbəyov
Bala bəy Cabbar bəy oğlu Həsənbəyov
1935 – 1937
ƏvvəlkiMəmmədkazım Ələkbərli
SonrakıƏziz Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Partiya Sov.İKP
Fəaliyyəti iqtisadçı

Həyatı

redaktə

Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır.[2] Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.[3] Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib

Fəaliyyəti

redaktə

1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib.[4]

Güllələnməsi

redaktə

1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub. 1937-ci il aprelin 16-da Voroşilov Rayon Komitəsinin Partiya bürosu B.C.Həsənbəyovu "XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi" kimi partiya sıralarından çıxarmışdır. B.C.Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılmışdır. 1937-ci il oktayabrın 11-də B.Həsənbəyov güllələnməyə məhkum edilmişdir. 1956-cı il sentyabrın 15-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə B.Həsənbəyova 1937-ci il oktyabrın 11-də irəli sürülmüş hökm cinayət tərkibi olmadığına görə xətm olunmuşdur.

Bala bəy Həsənbəyov Antonina İvanovna Blinova ilə ailə qurmuşdu.

İstinadlar

redaktə
  1. "Bakı Dövlət Universitetinin rektorları". 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
  2. ""24-lər"dən səkkizincisi — Balabəy Həsənbəyov". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
  3. "Siyasi iqtisad sahəsində ilk professor". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
  4. "BDU-nun özü güllələnən, həyat yoldaşı həbsə atılan rektoru". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.