Birdişicikli yemişan

(Crataegus monogyna səhifəsindən istiqamətləndirilmişdir)

Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Birdişicikli yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

redaktə

Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir.

Botaniki təsviri

redaktə

Bioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir.

Ekologiyası

redaktə

İstiyə, soyuğa və rütubətə davamlıdır.

Azərbaycanda yayılması

redaktə

Böyük və Kiçik Qafqazda, Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

redaktə

Dekorativ (f.stricta) piramidal çətirli; sallaq (f.pendula), çəhrayı sallaq (f.rosea pendula); al qırmızı (f.punicea); çəhrayı (f.rosea), ağ zolaqlı; ağ çoxləçəkli (f. albo-plena); qırmızı çoxləçəkli (f. rubra-plena); həmişə çiç��kləyən (f. semperflorens) və s. bağ formaları vardır. Bağ formaları tək əkinlərdə ön planda, qruplarda və sıra əkinlərində istifadə edilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə