Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır.[1]

Darçın çubuqları və üyüdülmüş darçın

Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.

İstinadlar

redaktə
  1. QİDA MƏHSULLARININ BİOKİMYASI. Səh.325[ölü keçid]

Xarici keçidlər

redaktə