Dramaturgiyadram sənəti və dramatik əsərlər yazma nəzəriyyəsi.

Uilyam Şekspir

Ümumi məlumat

redaktə

Dram nəzəriyyəsinin öyrənilməsi tarixinin kökləri qədim yunanlara gedib çıxır. Bu kiçik xalqın bəşəriyyətin tarixində xidmətləri misilsizdir. Yunan xalqı bəşəriyyətə Homer, Evripid, Sofokl, Aristofan, Esxil kimi onlarca mədəniyyət, elmsənət xadimləri yetişdirmişdir. İlk dram əsərləri təxminən XVIII–XIV əsrlərdə yazılmışdır. Yunan elmi və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir. O, dünya mədəniyyəti xəzinəsinə "Analitika", "Metafizika". "Etika", "Politika", "Ritorika" "Poetika" kimi samballı, bu gün də öz əhəmiyyətini itirməyən, tədqiqatçılara maraq doğuran elmi əsərlər bəxş etmişdir. Mənbələrin verildiyi xəbərə görə eramızdan iki əsr əvvələdək İskəndəriyyə kitabxanasında Aristotel tərəfindən yazılmış 400 kitab saxlanılırdı.

Aristotel eyni zamanda da dram nəzəriyyəsinin atası sayılır. Onun "Poetika" əsəri qədim Yunanıstanın dramatik sənətinin nəzəriyyəsini özündə birləşdirən ilk elmi əsər kimi bizə gəlib çatmışdır. Dünyada dramaturgiya ilə məşğul olan ən məşhur şəxs kimi Uilyam Şekspir tanınır. Azərbaycanda isə dramaturgiyanın banisi Mirzə Fətəli Axundovdur.

Azərbaycan dramaturgiyası Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Hüseyn Cavid yaradıcılığı ilə zirvəyə çatmışdır. Səməd Vurgun, Mehdi Hüseyn, İlyas Əfəndiyev əsərləri ilə zənginləşən dramaturgiyamıza Əli Əmirli, Kamal Abdulla, Firuz Mustafa, Aygün Həsənoğlu kimi müəlliflər də imzalarını qoymuşlar.

Dramaturgiyanın janrları

redaktə

İstinadlar

redaktə