Evridika (Perinin operası)

"Evridika" Yakopo Perinin operasıdır. Bu opera dövrümüzə çatan ən erkən operalardandı, Perinin öncəki əsəri "Dafne" itirilmişdir. Ottavio Rinuççininin librettosu Ovidinin əfsanəvi musiqiçi Orfey və onun xanımı Evridika barədə olan X və XI "Metamorfozlar" kitabına əsaslanmışdır. İlk dəfə 6 oktyabr 1600-cü ildə Fransa kralı IV Henrixlə Mariya Mediçinin Florensiyadaki toylarının şərəfinə olan saray şənliklərində göstərilmişdir. Premyerada Orfey rolunu Perinin özü ifa etmişdir.[2]

Evridika
Euridice
Bəstəkar Yakopo Peri
Librettoçu Ottavio Rinuççini
Dili italyan
Süjet Metamorfoza
Janr musiqili dram
Pərdə 3 pərdə
Yaradılma tarixi 1600-cü il
İlk səhnələşdirmə 6 oktyabr 1600[1]
Premyera 6 oktyabr 1600-cü il
Palazzo Pitti, Florensiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjeti

redaktə

Orfey barədə mifoloji rəvayət yeni "musiqili dram"ının süjetinin əsası oldu. Əfsanəyə görə, Orfeyin arvadı Evridika ilan vurmasından sonra ölür. Orfey Yeraltı dünyaya gedir ki, vəfat edən sevgilisini geri qaytarsın. Orfey öz gözəl ifası sayəsində Aidin köməkçilərini Evridikanı buraxmaları üçün yola gətirir, amma bir şərtlə ki, canlıların dünyasına apararkən əsla geriyə çönüb baxmasın. Orfey şərt yerinə yetirə bilmir və Evridikanı ikinci dəfə itirir.

Orfey barədə mif faciəli bitir, çünki sonda baş qəhramanı vakxankalar parçalıyırlar. Lakin faciəli sonluq bayram şənliyi üçün uyğun gəlmirdi, və libretto müəllifi şair Rinuççini onun sonunu dəyişdirdi. Yeni versiyaya görə, Orfeyin ümidsizliyi Sevgi tanrısının diqqətini çəkir, və o, Evridikanı yenidən həyata qaytarır.

Musiqisi

redaktə

Reçitativ bas lavta, gitara, lira klavişli musiqi alətlərinin sədaları altında ifa olunurdu. O vaxtı uvertüra hələ yox idi, və opera bir neçə truba səsləri altında başlayırdı. "Musiqili dram" antik faciənin obrazına malik idi, ona görə də onun tərkibinə nimfalar, çobanlar və yeraltı ruhları təsvir edən xorlar daxil idi.

Operanın musiqisi öz dərin ifadəliliyi ilə dinləyiciləri heyran etdi. Operanın uğuru böyük idi, və "musiqili dramın" şanı şöhrəti Florensiyadan kənarda da yayıldı.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Archivio Storico Ricordi. 1808.
  2.  Pietropaolo, Domenico and Parker, Mary Ann (2011). The Baroque Libretto: Italian Operas and Oratorios in the Thomas Fisher Library at the University of Toronto Arxivləşdirilib 2015-04-03 at the Wayback Machine, p. 60. University of Toronto Press