Fakt yoxlama — şübhəli xəbərlərin və ifadələrin faktiki düzgünlüyünün yoxlanılması prosesi. Fakt yoxlama mətnin və ya məzmunun dərc edilməsindən və ya başqa şəkildə yayılmasından əvvəl və ya sonra aparıla bilər. Daxili fakt yoxlaması qeyri-dəqiq məzmunun dərc olunmasının qarşısını almaq üçün naşir tərəfindən aparılan yoxlamadır. Lakin faktı üçüncü tərəf yoxladıqda, bu proses artıq xarici fakt yoxlama adlanır.[1]

Tədqiqatlar göstərir ki, faktların yoxlanması həqiqətən də vətəndaşlar arasında təsəvvürləri düzəldə bilər,[2] həmçinin siyasətçiləri yalan və ya çaşdırıcı iddialar yaymaqdan çəkindirə bilər.[3][4] Bununla belə, düzəlişlər zaman keçdikcə azala bilər və ya daha az dəqiq iddialar irəli sürən elitaların göstərişləri ilə təzyiq altında qala bilər.[4] Siyasi faktların yoxlanılması bəzən publisistika kimi tənqid olunur.[5][6] ABŞ siyasətindəki fakt yoxlayıcılarının nəzərdən keçirilməsi fakt yoxlamanın yanlış təsəvvürləri azaltmaq üçün effektiv bir yol olub-olmaması və metodun etibarlı olub-olmaması ilə bağlı qarışıq bir nəticə göstərir.[7]

1850-ci illər və daha sonrakı tarixlərdə çıxan sensasiyalı qəzetlər daha faktiki mediaya tədricən ehtiyac yaradırdı. Kolin Diki faktların yoxlanmasının sonrakı təkamülünü təsvir etmişdir.[8] Əsas elementlər 1850-ci illərdə Associated Press-in yaradılması, New York World jurnalından Ralf Pulitzer, Henri Lus və Time jurnalı, və "The New Yorker"in məşhur fakt yoxlama şöbəsi idi.

İstinadlar

redaktə
  1. Graves, Lucas; Amazeen, Michelle A., Fact-Checking as Idea and Practice in Journalism // Oxford Research Encyclopedia of Communication (ingilis), Oxford University Press, 25 February 2019, doi:10.1093/acrefore/9780190228613.013.808, ISBN 9780190228613
  2. Drutman, Lee. "Fact-Checking Misinformation Can Work. But It Might Not Be Enough". FiveThirtyEight (ingilis). 2020-06-03. 2021-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
  3. Nyhan, Brendan; Reifler, Jason. "The Effect of Fact-Checking on Elites: A Field Experiment on U.S. State Legislators". American Journal of Political Science. 59 (3). 1 July 2015: 628–40. doi:10.1111/ajps.12162. hdl:10871/21568. ISSN 1540-5907.
  4. 1 2 Nyhan, Brendan. "Why the backfire effect does not explain the durability of political misperceptions". Proceedings of the National Academy of Sciences (ingilis). 118 (15). 2021-04-13: e1912440117. doi:10.1073/pnas.1912440117. ISSN 0027-8424. PMC 8053951 (#bad_pmc). PMID 33837144 (#bad_pmid).
  5. Riddell, Kelly. "Eight examples where 'fact-checking' became opinion journalism". The Washington Times. 26 September 2016. 26 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2016.
  6. Graves, Lucas. Deciding What's True: The Rise of Political Fact-Checking in American Journalism. Columbia University Press. 2016. səh. 27. ISBN 9780231542227.
  7. Nieminen, Sakari; Rapeli, Lauri. "Fighting Misperceptions and Doubting Journalists' Objectivity: A Review of Fact-checking Literature". Political Studies Review. 17 (3). 2018-07-19: 296–309. doi:10.1177/1478929918786852. İstifadə tarixi: 2022-07-16.
  8. Dickey, Colin (Fall, 2019). The rise and fall of facts. Columbia Journalism Review. https://web.archive.org/web/20191207195717/https://www.cjr.org/special_report/rise-and-fall-of-fact-checking.php

Əlavə ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə