Gündüz Malik oğlu Ağayev (20 iyul 1981, Puşkin rayonu) — Azərbaycan rəssamı və karikaturaçısı.[1][2]

Gündüz Ağayev
Gündüz Malik oğlu Ağayev
Doğum tarixi 20 iyul 1981(1981-07-20) (43 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Janr karikatura
gunduzart.com

Həyatı

redaktə

1981-ci il iyulun 20-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub.[3] 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.[3] İlk sərgisini 2004-cü ildə keçirib.[3] Sayca ikinci sərgisi Bakı Muzey Mərkəzində baş tutub.[3] Gündüz Ağayevin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya (2008), Türkiyə (2011), Fransa səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə "Dostluq" və 2013-cü ildə Türkmənistanda beynəlxalq sərgilərdə sənətsevərlərə təqdim olunub.[3]

Rəssam kimi "Sənət Demokratiya Naminə" layihəsində də yer alıb.[3] Azərbaycanda insan hüquqları problemlərinə və qeyri-demokratik şəraitə etiraz üslubu olaraq karikatura janrına keçib, bunun nəticəsində çoxsaylı təzyiqlərə məruz qalıb.[3][4][5] 2014-cü ildən Azərbaycandan kənarda,[3] Fransada yaşayır.[6]

"Azadlıq Radiosu", "Meydan TV"[6] və "AzLogos"[7] kimi platformalar ilə əməkdaşlıq edir.

"Çarli Hebdo" hücumundan sonra qeyd etmişdir ki, dini mövzularda karikaturalar hazırlamaqdan "çox qorxur" və o, Azərbaycanda oxşar hücumların asanlıqla ola biləcəyini vurğulamışdır.[8]

2023-cü ilin avqustunda Xankəndi–Laçın yolunda aksiyalardan sonra Xankəndi şəhərinə Azərbaycanın humanitar yardım göndərməyi ilə bağlı çəkdiyi karikatura qalmaqala səbəb olmuşdur. Şərhçilərə görə, o, bu karikatura ilə Azərbaycan hökümətininpolisinin humanist olmadığını bildirmişdir. Tənqidçilər onun "Azərbaycan dövləti", azərbaycançılıq ideyası və "Azərbaycanın milli maraqları"na zidd hərəkətlər etdiyini irəli sürmüşdülər.[6]

İstinadlar

redaktə
  1. James, Emily. "Transforming war into peace: Artist turns devastating historic photos of children ravaged by violent conflict and famine into happy illustrations". www.dailymail.co.uk. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2015.
  2. "Azerbaycanlı Gündüz Ağayev'in çizimleri insanlığın tarihteki değişimini anlatıyor". Milliyet. 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
  3. 1 2 3 4 5 6 7 8 "Gunduz Aghayev's biography". www.gunduzart.com. www.gunduzart.com. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
  4. "Azeri political cartoonist draws on internet to get message across". BBC. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
  5. "GUERRA E PACE: LE TOCCANTI ILLUSTRAZIONI DI GUNDUZ AGAYEV". www.greenme.it. 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
  6. 1 2 3 "Gündüz Ağayevin karikaturasına sözardı – Ulucay Akif". Kulis.az. 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
  7. Ağayev, Gündüz. "Gündüz Ağayev". Azlogos.
  8. "Gündüz Ağayev: "Din mövzularına üz tutmaqdan daha çox qorxuram"". BBC News Azərbaycanca. 8 yan 2015.

Xarici keçidlər

redaktə