Məşəl (jurnal)

Az'rbaycan satirik jurnalı

"Məşəl" jurnalı (az-əbcəd. az-əbcəd. مشعل‎) — 1919–1920-ci illərdə Əliheydər Qarayevin redaktəsi ilə nəşr olunan satirik jurnal.[1][2]

Məşəl
az-əbcəd. مشعل
Baş redaktor Əliheydər Qarayev
Əməkdaşlar

Əliheydər Qarayev
Seyid Cəfər Pişəvəri
Ağababa Yusifzadə
Bayraməli Sərablı
Ağahüseyn Rəsulzadə
Əlisəttar İbrahimov

Nemət Bəsir
Növ satirik jurnal
Təsis tarixi 13 noyabr 1919
Nəşrini dayandırıb 6 mart 1920
Ölkə
Qərargah
Dil Azərbaycan dili

13 noyabr 1919-cu ildən Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Jurnal 1919-cu ildə təşkil edilmiş "Qırmızı qələm" cəmiyyətinin həftəlik nəşri idi. "Turan" mətbəəsində nəşr olunurdu.[1] Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi.[3] "Məşəl" jurnalı şəkilsiz çıxmışdır. Dil, üslub cəhətincə "Molla Nəsrəddin" jurnalına çox yaxındır.[2] Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur.[3]

Fəaliyyəti

redaktə

"Məşəl" kinayı ilə özünü "boynuyoğunların və qarnızorbaların" jurnalı adlandırmışdır. Həqiqətdə isə boynuyoğunların və qarnızorbaların qarşı kəskin mübarizə etmişdir.[2] Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır.[3]

Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar AXC hökumətinin qərarlarını, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək AXC hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi.[3]

"Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan AmerikaYaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi:

  Amerikanlar Sibiryanı oğurlayıb udduqda boğazlarında qaldığına görə qusmağa labüd qalmışdır.  

Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.[3] Sonuncu nömrəsi 6 mart 1920-ci ildə çıxmışdır.[1]

Şöbələri

redaktə

"Məşəl" jurnalının aşağıdakı şöbələri var idi:

  1. Teleqraf xəbərləri.
  2. Azərbaycanda.
  3. Mətbuat.
  4. Sənətkarlar ittifaqında.
  5. Bakı quberniyasında.
  6. İran xəbərləri.
  7. Ədəbiyyat.
  8. Xüsusi elanlar.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 МӘШӘ'Л // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 546.
  2. 1 2 3 "Məşəl". "Kirpi" jurnalı (№ 8 (92)): səh. 2. 1956.
  3. 1 2 3 4 5 "Azərbaycan mətbuatı tarixi" (Dərs vəsaiti), N. Zeynalov, I hissə, Bakı, 1973 səh. 93-94.