Mayns kürfürstlüyü

Bu məqalə kürfürstlük haqqındadır. Arxiyepiskopluq üçün Mayns yeparxiyası səhifəsinə baxın.

Mayns kürfürstlüyü (alm. Kurfürstentum Mainz‎) və ya Mayns Elektoratı (lat. Electoratus Moguntinus) — Müqəddəs Roma İmperiyasının ən prestijli və nüfuzlu dövlətlərindən biri idi. Roma Katolik kilsəsi iyerarxiyasında Mayns arxiyepiskopu həm kürfürst, həm də Almaniyanın ən əsas dini rəhbəri idi. İmperiyada Mayns kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Köln kürfürstlüyüTrir kürfürstlüyü

Kürfürstlük
Mayns kürfürstlüyü
alm. Kurfürstentum Mainz
lat. Electoratus Moguntinus
Bayraq Gerb
Bayraq Gerb
 
 
 
 
 
780 — 1803

Paytaxt Mayns
Dövlət dini katolisizm
İdarəetmə forması Knyaz-arxiyepiskopluq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayns kürfürstü eyni zamanda Almaniyanın arxkansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponent titul krallığından biri, digər ikisi İtaliyaBurqundiyadır) və beləliklə, İmperiyanın bütün ruhani və dünyəvi knyazlarş arasında birinci yeri tuturdu və imperatordan sonra ikinci idi. Onun siyasi rolu, xüsusən imperiya feodalları ilə İmperator arasında vasitəçilik rolu böyük idi.

Yepiskopluq mərkəzi qədim Roma dövründə Moquntiakum adlanan Mayns şəhərində yaradılmışdır. IV əsrdən əvvəl ilk yepiskopların çoxu əfsanəvidir. Maynsın tarixi olaraq ilk təsdiq edilə bilən yepiskopu 343-cü ildə yaşamış Martinus idi. Maynsın dini və dünyəvi əhəmiyyəti 747-ci ildə Müqəddəs Bonifatsi yepiskop olmasından başlayır. Onun varisi Lullus dövründə Mains 781-ci ildə arxiyeparxiya oldu.[1]

Kürfüsrtlüyün ərazisinə bitişik olmayan bir neçə ərazi toplusu daxil idi: Reynin həm sol, həm də sağ sahillərində Mayns yaxınlığındakı torpaqlar; Frankfurtdan yuxarı Mayn çayı boyunca ərazi (Aşaffenburq rayonu daxil olmaqla); Aşağı SaksoniyaTüringiyadakı Eyxsfeld rayonu; və Türingiyadakı Erfurt ətrafındakı ərazi.

Ümumiyyətlə, Müqəddəs Roma İmperiyasının digər yerlərində olduğu kimi, kürfürstlük və arxiyepiskopluğun ərazisi fərqlənirdi. Erkən müasir dövrdə Mayns arxiyepiskopluğu Mayns və onun 10 suffraqant yeparxiyasını əhatə edən Almaniyanın ən böyük yeparxiyası idi.[2]

1802-ci ildə Mayns arxiyepiskopik xarakterini itirdi. 1803-cü ildə Alman mediatizasiyası ilə müşayiət olunan dünyəviləşmələrdə kürfürst Karl Teodor fon Dalberqin iqamətgahı Regensburqa köçürüldü və kürfürstlüyün sol sahil əraziləri Fransaya, Frankfurtdan aşağıda Mayn boyunca sağ sahil əraziləri Hessen-Darmştadt və Nassau knyazlarına, Eyxsfeld və Erfurt isə Prussiya Krallığına keçdi. Dalberq Aşaffenburq ərazisi Aşaffenburq knyazlığı olaraq qoruyub saxladı. 1810-cu ildə Dalberq Aşaffenburq, Frankfurt, Vetzlar, HanauFuldanı birləşdirərək 1810-cu ildə yeni Frankfurt Hersoqluğunu yaratdı. Dalberq 1813-cü ildə istefa verdi və 1815-ci ildə Vyana Konqresi onun ərazilərini Bavariya Krallığı, Hessen-Kassel kürfürstlüyü, Hessen Böyük HersoqluğuFrankfurt Azad Şəhəri arasında böldü.

Müasir Mains Roma Katolik Yeparxiyası 1802-ci ildə Mayns arxeparxiya statusunu itirdikdə və Reyn çayının qərbindəki ərazisi Fransa ərazisi daxilində kiçik yeparxiyaya çevrildikdə yaradılmışdır. 1814-cü ildə onun yurisdiksiyası Hessen-Darmştadt ərazisinə doğru genişləndirildi. O vaxtdan bəri onun iki kardinalı var və müxtəlif konkordatlar vasitəsilə yepiskopun varisini özü seçən kafedralın bu orta əsr ənənəsini saxlamağa icazə verildi.

İstinadlar

redaktə
  1. Sante, Georg Wilhelm. "Bonifatius und die Begründung des Mainzer Bistums". Historisches Jahrbuch (alman). 57. 1937: 157–97.
  2. Augsburg, Coire, Constance, Eichstätt, Hildersheim, Paderborn, Speyer, Strasbourg, Worms, Würtzburg; Franck Lafage, Les comtes Schönborn, 1642–1756, L'Harmattan, Paris, 2008, vol 1, p. 69

Ədəbiyyat

redaktə
  • Elard Biskamp: Das Mainzer Domkapitel bis zum Ausgang des 13. Jahrhunderts. Diss. phil. Marburg 1909.
  • T. C. W. Blanning: Reform and Revolution in Mainz 1743–1803. Cambridge 1974, ISBN 0-521-20418-6.
  • Anton Philipp Brück (Hrsg.): Kurmainzer Schulgeschichte. Wiesbaden 1960.
  • Wilhelm Diepenbach, Carl Stenz (Hrsg.): Die Mainzer Kurfürsten. Mainz 1935.
  • Irmtraud Liebeherr: Das Mainzer Domkapitel als Wahlkörperschaft des Erzbischofs. In: A. Brück (Hrsg.): Willigis und sein Dom. Festschrift zur Jahrtausendfeier des Mainzer Doms. Mainz 1975, S. 359–391.
  • Irmtraud Liebeherr: Der Besitz des Mainzer Domkapitels im Spätmittelalter. Mainz 1971.
  • Peter Claus Hartmann: Der Mainzer Kurfürst als Reichserzkanzler. Funktionen, Aktivitäten, Ansprüche und Bedeutung des zweiten Mannes im Alten Reich. Stuttgart 1997, ISBN 3-515-06919-4.
  • Paul-Joachim Heinig: Die Bergstraße und Kurmainz im Spätmittelalter und in der Frühen Neuzeit. In: Archiv für mittelrheinische Kirchengeschichte 55 (2003), 59–82.
  • Michael Hollmann: Das Mainzer Domkapitel im späten Mittelalter (1306–1476). Verlag der Gesellschaft für Mittelrheinische Kirchengeschichte, Mainz 1990.
  • Alexander Jendorff: Verwandte, Teilhaber und Dienstleute. Herrschaftliche Funktionsträger im Erzstift Mainz 1514 bis 1647. Marburg 2003, ISBN 3-921254-91-4.
  • Friedhelm Jürgensmeier: Das Bistum Mainz, Von der Römerzeit bis zum II. Vatikanischen Konzil. Frankfurt am Main 1989.
  • Friedhelm Jürgensmeier u. a.: Kirche auf dem Weg. Das Bistum Mainz. Hefte 1–5. Straßburg 1991–1995.
  • Friedhelm Jürgensmeier (Hrsg.): Handbuch der Mainzer Kirchengeschichte. Bd. 1/1–2: Christliche Antike und Mittelalter. Würzburg, 2000. Bd. 2: Günter Christ und Georg May: Erzstift und Erzbistum Mainz. Territoriale und kirchliche Strukturen. Würzburg 1997; Bd. 3/1–2: Neuzeit und Moderne. Würzburg 2002.
  • Günter Rauch: Das Mainzer Domkapitel in der Neuzeit. In: Zeitschrift der Savigny-Stiftung für Rechtsgeschichte. Kanonische Abteilung LXI, Bd. 92, Weimar 1975, S. 161–227; Bd. 93, Weimar, S. 194–278; Bd. 94, Weimar 1977, S. 132–179.
  • Helmut Schmahl: Innerlicher Mangel und äußerliche Nahrungshoffnung: Aspekte der Auswanderung aus Kurmainz im 18. Jahrhundert. In: Peter Claus Hartmann (Hrsg.): Reichskirche – Mainzer Kurstaat – Reichserzkanzler. Frankfurt am Main u. a. 2001 (Mainzer Studien zur Neueren Geschichte, Bd. 6), S. 121–143.
  • Manfred Stimming: Die Entstehung des weltlichen Territoriums des Erzbistums Mainz. Darmstadt 1915.
  • Manfred Stimming: Die Wahlkapitulationen der Erzbischöfe und Kurfürsten von Mainz 1233–1788. Göttingen 1909.
  • Gründliche Deduction und Anweisung, Daß Das Hohe Ertz-Stifft Mayntz in Ergreiffung der Possession des Frey-Gerichts zum Hanauischen Antheil Sr. Fürstl. Durchleucht dem Herrn Land-Graffen Wilhelm zu Hessen-Cassel vorgekommen, folglich in apprehensa anteriori possessione umb da mehr zu manuteniren seye, als solche … Und also ex plurimis capitibus ohnhintertreiblich colorirt und bevestiget ist: Zu dem End verfasset, Damit die Sub- & Obreptio des an Seiten Ihrer Fürstl. Durchl. des Herrn Land-Graffen Wilhelm zu Hessen-Cassel Wider Ihro Churfürstl. Gnaden zu Mayntz und Dero nachgesetzte Regierung Am höchst-preißl. Kayserl. Cammer-Gericht … ersten Anblicks in die Augen fallen möge; mit nachgesetzten Beylagen … Häffner, Mayntz 1737. (Digitized)
  • Horst Heinrich Gebhard: Hexenprozesse im Kurfürstentum Mainz des 17. Jahrhunderts. Veröffentlichungen des Geschichts- und Kunstvereins Aschaffenburg e. V., Band 31, Aschaffenburg, 1989, ISBN 978-3-87965-049-1.
  • Erika Haindl: Zauberglaube und Hexenwahn, Gegen das Vergessen der Opfer der Hexenprozesse im Kurfürstlich-Mainzischen Amt Hofheim im 16. und 17. Jahrhundert. Hofheim a. T., 2001, S. 30.
  • Friedhelm Jürgensmeier: Das Bistum Mainz, Von der Römerzeit bis zum II. Vatikanischen Konzil. Frankfurt am Main, 1989, S. 210.
  • Herbert Pohl: Zauberglaube und Hexenangst im Kurfürstentum Mainz: ein Beitrag zur Hexenfrage im 16. und beginnenden 17. Jahrhundert. 2. Aufl., Stuttgart 1998.