Minamoto no Yoşinaka

Minamoto no Yoşinaka (源 義仲?, 1154[1], Musaşi əyaləti[d], Tokaydo[d]21 fevral 1184 və ya 4 mart 1184, Omi əyaləti[d], Tosando[d]) və ya Kiso Yoşinaka (木曾 義仲?)Heyan dövründə yaşamış Yaponiya generalı. Minamoto klanının üzvü olsa da, Qenpey müharibəsi zamanı Minamoto no Yoritomonun rəqibi olmuşdur.

Minamoto no Yoşinaka
yap. 源義仲
Doğum tarixi 1154[1]
Doğum yeri
Vəfat tarixi 21 fevral 1184 və ya 4 mart 1184
Vəfat yeri
Həyat yoldaşları
Fəaliyyəti Samuray, hərbi qulluqçu
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Yoşinakanın atası Minamoto no Yoşihira tərəfindən öldürüldüyü üçün o, südanasının əri olan Nakahara Kaneto tərəfindən Şinano əyalətinin Kiso bölgəsində böyüdülmüşdür.[2] 1180-ci ildə Minamoto no Yoritomo və digər klan üzvləri ilə birlikdə Tayra ailəsinə qarşı Qenpey müharibəsini başlatmışdır.[2]

Yoşinaka 1183-cü ildə paytaxtı ələ keçirmiş və müharibəni üçtərəfli konfliktə çevirmişdir.[2] Belə ki, Tayra klanı qərbdə, Yoritomo isə şərqdə olarkən Kiotonu öz əlində saxlamaq istəmişdir.[2] Ordusunun itaətsizliyi, eləcə də, saraya, xüsusilə də, keçmiş imperator Qo-Şirakavaya qarşı hərəkətlərinə görə Yoritomo qardaşları Minamoto no YoşitsuneNoriyorini Kiotoya göndərməyə məcbur olmuşdur.[2] Baş verən döyüş nəticəsində Yoşinakanın qüvvələri məğlub olmuşdur.[2] Yoşinaka məşuqəsi Tomoe Qozenlə qaça bilsə də, Omi əyalətinin yaxınlığında öldürülmüşdür.[2]

Populyar mədəniyyətdə

redaktə

Yoşinakanın, eləcə də, məşuqəsi Tomoe Qozenin hərbi macəraları Yaponiyada bir çox hekayə kitabının və no tamaşasının mövzusu olmuşdur.[2]

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 182. ISBN 0-87011-625-8. İstifadə tarixi: 28 oktyabr 2022.