Mistеriya (latın dilində — ayin, ritual) — din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından biri.[1]

Orta əsrlərdə Mets şəhərində mistik oyununun təqdimatının təsviri.

Misteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi. XV əsrin ortalarından başlayaraq misteriyaların həcmi get-gedə artırdı. «Apostolların Əməlləri haqda Misteriyada» artıq 60000-dən artıq sətrdən ibarət şeirlərdən ibarət idi. 1536-cı ildə səhnələşdirilmiş olan bu əsər 40 gün ərzində tamaşaçılar tərəfindən seyr edilib. Əksreformasiyanın tüğyan etdiyi vaxtda - XVI əsrin ortaları - misteriyaya qadağa qoyulur.

İstinadlar

redaktə
  1. Мистерија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 7.

Əlavə ədəbiyyat

redaktə
  • Anderson Magalhães, Le Comédies bibliques di Margherita di Navarra, tra evangelismo e mistero medievale, in La mujer: de los bastidores al proscenio en el teatro del siglo XVI, ed. de I. Romera Pintor y J. L. Sirera, Valencia, Publicacions de la Universitat de València, 2011, pp. 171–201.

Xarici keçidlər

redaktə