Operetta (it. operetta, hərfi tərcümədə "kiçik opera") musiqisiz dialoqlarla növbələnən ayrı-ayrı musiqi nömrələrindən ibarət teatr tamaşası. Operettalar komik süjetlərə yazılır, musiqi nömrələri isə operada olduğundan daha kiçik olur. Ümumilikdə akademik musiqi ənənələrinin varisi olsa da, yüngül, populyar xarakter daşıyır.

"Arşın mal alan" operettasının afişası, Tiflis, 1919-cu il