Pərvin Etisami (farsca: پروین اعتصامی) (16 mart 1907[1], Təbriz5 aprel 1941[1], Tehran) — XX əsrdə yaşamış azərbaycanlı şairə.[2]

Pərvin Etisami
Doğum tarixi 16 mart 1907(1907-03-16)[1]
Doğum yeri
Vəfat tarixi 5 aprel 1941(1941-04-05)[1] (34 yaşında)
Vəfat yeri
Atası Yusif Etassami
Fəaliyyəti şair, ədib, kitabxanaçı, yazıçı
Vikimənbənin loqosu Pərvin Etisami Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.

Təbriz də doğulmuş, qısa, lakin mənalı bir ömür yaşamış Pərvin Etisami Güney Azərbaycanın görkəmli şairələrindən sayılır. Əsərlərini fars dilində yazsa da, doğma vətəni Azərbaycana bağlı olan Pərvin xanımın İranda qadınların acınacaqlı taleyinə həsr olunmuş təsirli şeirləri var. O, həm də məşhur təmsil ustası kimi tanınır. Tənhalığa alışmış şairə ərə gedib başqa şəhərdə yaşamağa və tez-tez cəmiyyət arasına çıxmağa tab gətirmir və ərindən boşanır.

Ölümü

redaktə

Pərvin Etisami 1941-ci ildə yatalaq xəstəliyindən vəfat edib. Qum şəhərində, atasının məzarı yanında dəfn edilib. Qəbrinin üstündə "Nə gördün" rədifli qəzəli yazılıb.

 
Pərvin Etisaminin qəbrinin üzərində yazılan "Nə gördün" qəzəli

Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?

Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?

Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.

Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?

Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,

Ey quş, burada mərəkədən qeyri nə gördün?

Xatirəsi

redaktə

Təbrizdə şairənin ev muzeyi fəaliyyət göstərir.

2005-ci ildən etibarən hər il mart ayında İranda “Pərvin Etisami Qadın Filmləri Festivalı” keçirilir. Bu festivalda qadın kino rejissorların çəkdikləri qadın mövzulu filmlər nümayiş etdirilir[3].

2011-ci ildə Suriyanın Dəməşq şəhərində “Pərvin Etisami nümunəvi ədəbiyyatçı” adlı seminar keçirilib[4].

2012-ci ildə Təbrizdə "Azərbaycan tarixi" adlı xalça toxunub. Xalçanın üzərində isə Azərbaycanın tarixi abidələri və tanınmış simalarından Şəhriyar, Bağırxan, Səttarxan, Zeynəb Paşa, Pərvin Etisami və digərlərinin şəkillləri toxunub. Xalçanın toxunulmasına 2 il vaxt sərf olunub və o hazırda Təbriz şəhər muzeyində saxlanılır[5][6][7].

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Parvin E'tesami // SNAC (ing.). 2010.
  2. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.147
  3. "İranda qadın rejissor olmaq". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  4. Dəməşqdə “Pərvin Etisami; nümunəvi ədəbiyyatçı” adlı seminar keçirilib
  5. ""Azərbaycan tarixi" adlı xalça toxunub". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  6. "Təbrizdə Azərbaycanın tarixi və fəxri şəxsiyyətlərinin şəkillərinin əks olunduğu xalçanın təqdimatı keçirilib". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  7. Təbrizdə nadir xalça toxunmuşdur