Qrinpis (ing. Greenpeace "yaşıl sülh") — Avropa, Amerika, AsiyaOkeaniyada 40 ölkədə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı.

Qrinpis
GP
ing. Greenpeace
Loqonun şəkli
Növü Beynəlxalq
Yaranma tarixi 1971
Mərkəzi Amsterdam, Hollandiya
Üzvləri
  • 5.898 nəf. (2021)[1]
www.greenpeace.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

redaktə

1971-ci ildən bəri ətraf mühitin qətliamına çıxanlara qarşı "Greenpeace" mübarizə aparır. Fəaliyyəti üçün dövlətlərdən, şirkətlərdən və siyasi partiyalardan pul almır və heç bir sponsorluğu da qəbul etmir. Ancaq üzvlərinin maddi və mənəvi yardımları ilə fəaliyyətini sürdürür.

"Greenpeace" ətraf mühiti, Yer planetini yaşanmaz hala salanlara qarşıdır və belə hallarla özünəməxsus üsullarla mübarizə aparır. Fəaliyyətlərini mətbuatın köməyi ilə dünya gündəminə gətirir.

Hədəflərə çatmaq adətən uzun zaman kəsiyinə planlanır və ancaq insan kütlələrinin dəstəyi ilə müvəffəqiyyət əldə edilir. Greenpeace üzvlərini öz etirazları ilə arabir ortaya çıxıb ortalığı qarışdıran bir qrup macərasevər kimi də qəbul edənlər vardır. Halbuki hər etiraz aksiyası uzun və ciddi araşdırmalar və çalışmaların nəticəsidir.

Ətraf mühitə qarşı işlənən cinayətlər, cinayətkarlara qarşı edilən etiraz aksiyaları, analizlər, mediada yer alan məqalələr, sadəcə bütün işin görünən tərəfləridir.

Qrinpisin hal hazırda 24 beynəlxalq və 4 regional ofisi və bu ofislərin çalışmalarını həyata keçirən 101 ölkədə 2 milyon 800 min dəstəkçisi var.

Məqsədləri

redaktə
  • Okeanlarmeşələrin qorunması;
  • İqlim dəyişikliklərinə son vermək məqsədilə zəhərləyici enerji mənbələrindən istifadənin azaldılması və tükənməyən enerji mənbələrindən istifadəyə təşviq;
  • Nüvə silahlanması və radioaktiv çirklənməyə son qoyulması;
  • Zəhərli kimyəvi maddələrin təbiətə buraxılmaması;
  • Genlərinə təsir olunmuş canlıların təbiətə buraxılmasının qarşısının alınması;
  • Qlobal istiləşmə.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə