Quycaq

Cəbrayıl rayonunda kənd

QuycaqAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Quycaq
39°24′16″ şm. e. 47°09′31″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 385 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Quycaq xəritədə
Quycaq
Quycaq

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Toponimikası

redaktə

Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.[3]

İqtisadiyyatı

redaktə

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427