Süleyman Stalski

Süleyman Stalski (əsl soyadı: Həsənbəyov, ləzg. СтӀал Сулейман, rus. Сулейман Стальский; 18 may 1869[1][2]23 noyabr 1937[2], Mahaçqala, Dağıstan MSSR, SSRİ) — ləzgi şairi, XX əsrin ən məşhur Dağıstan şairlərindən biri. O, əsərlərini ləzgiAzərbaycan dillərində yazmışdır.[3]

Süleyman Stalski
ləzg. СтӀал Сулейман
Doğum adı Süleyman Həsənbəyov
Doğum tarixi
Doğum yeri Aşağı Stal kəndi, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Mahaçqala, Dağıstan MSSR, SSRİ
Fəaliyyəti şair
Əsərlərinin dili ləzgiAzərbaycan dilləri
İstiqamət Sosialist realizmi
Janrlar şeir, poema, pyes
İlk əsəri Bülbül (1900)
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Stal Süleyman sovet ləzgi poeziyasının əsasını qoymuş ləzgi xalqının böyük şairidir. O, 1869-cu ildə Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Uşaq vaxtı yetim olmuş şair, uzun illər çörək qazanmaq üçün qürbətdə olmuşdur. Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləmiş, varlı adamların qapısında nökərlik etmişdir.

S.Süleyman poeziyaya özünəməxsus yenilik gətirmişdir. Şer yazmağa orta yaşlarında başlamışdır. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazmışdır. Onun şerləri qəzetlərdə çap olunmuş, 1927-ci ildə Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına şerləri daxil edilmişdir. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxmışdır. Bundan sonra o, Dağıstan Xalq şairi adına layiq görülmüşdür. Fəal yaradıcılığına görə şairə lenin ordeni verilmişdir.

Stal Süleyman 1937-ci ildə vəfat etmişdir.

1957-ci ildə Bakı Kinostudiyasında Rza TəhmasibMikayıl Mikayılovun çəkdikləri "Mahnı belə yaranır" filmi Süleyman Stalskinin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edir.[4]

İstinadlar

redaktə
  1. Сулейман Стальскі // Беларуская энцыклапедыя: У 18 т. Т. 15: Следавікі — Трыо (belar.). Мінск: Беларуская Энцыклапедыя імя Петруся Броўкі, 2002. S. 262. 552 s. ISBN 985-11-0251-2
  2. 1 2 Сулейман Стальский // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. З. С Кедрина. Живое единство: о взаимовлиянии литератур народов СССР: сборник статей. — Сов. писатель, 1974. — С. 246.
  4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

Mənbə

redaktə

http://www.juvanbur.net/azj/_1317