Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa23 sentyabr 1970[1], Bakı[1]) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi.

Sabit Rəhman
Sabit Kərim oğlu Mahmudov
Doğum tarixi 26 mart 1910(1910-03-26)
Doğum yeri
Vəfat tarixi 23 sentyabr 1970(1970-09-23)[1] (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
Təhsili
Fəaliyyəti yazıçı, nasir, dramaturq, ssenarist
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
 
Poçt markası (2000).

Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. BakıŞəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri

redaktə
  • Hekayələri:

"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".

  • Povestləri:

"Vəfasız", "Son faciə".

  • Pyesləri:

"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.

  • Romanı:

"Nina".

Kitabları

redaktə
 
Sabit Rəhmanın xatirə lövhəsi (Bakı)
  1. Pozğun (hekayələr). Bakı: 1931
  2. Şirin bülbül (hekayələr). Bakı: 1933
  3. Vəfasız (povest). Bakı: 1933
  4. Xəyalplov. Bakı: 1938
  5. Son faciə (povest). Bakı: 1939
  6. Hüseyn Ərəblinski (povest). Bakı: 1948
  7. Hədiyyə. Bakı: 1949

Filmoqrafiya

redaktə
  1. Arşın mal alan (film, 1945) — (ssenari müəllifi)
  2. O olmasın, bu olsun (film, 1956) — (ssenari müəllifi)
  3. Koroğlu (film, 1960) — (ssenari müəllifi)
  4. Əhməd haradadır? (film, 1963) — (ssenari müəllifi)
  5. Ulduz (film, 1964) — (libretto müəllifi)
  6. Hicran (teatr tamaşası, 1983) — (ssenari müəllifi)
  7. Şirin bülbül (film, 2000) — (əsərin müəllifi)
  8. Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)

Mənbə

redaktə
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106.

Xarici keçidlər

redaktə
  1. 1 2 3 4 Рахман Сабит // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.