Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi VVI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri.

Tahir Kərimli
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi2015 — 87 saylı Ağsu-İsmayıllı
2020 — 87 saylı Ağsu-İsmayıllı
ƏvvəlkiƏrəstun Cavadov
Vəzifədədir
1998-ci ildən
ƏvvəlkiHacı Cəbrayıl Əlizadə
2 iyul 1992 – 29 iyul 1993
ƏvvəlkiHüseyn Talıbov
SonrakıXanlar Hacıyev
Şəxsi məlumatlar
Doğum adı Tahir Zayıdağa oğlu Kərimli
Doğum tarixi 5 mart 1956(1956-03-05) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir.

Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir.

Evlidir, dörd övladı vardır.

İctimai-siyasi fəaliyyəti

redaktə

Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir.

1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir.

Azərbaycan Respublikasının Milli Məclisi VVI çağırış deputatıdır.

Şəxsi həyatı

redaktə

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[1]

İstinadlar

redaktə
  1. "Tahir Kərimlinin partiyası seçkilərə qatılmayacaq". -Yeni Sabah-. 21 dek 2023. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.