Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi.

Vədud Müəzzin
Doğum tarixi (64 yaş)
Doğum yeri Ərdəbil

Həyatı və təhsili

redaktə

Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb.[1]

Fəaliyyəti

redaktə

1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 19902000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 19971999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir[2]. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir.[2]

Heykəltəraşlığa olan həvəsinə görə Bakıya gəlib 10 ay burda qalır, müxtəlif heykəltaraşlarla görüşür. Xüsusən də heykəltaraş Azad Əsgərovdan sənətin sirlərini öyrənib. Bundan sonra Ərdəbilə qayıtdaraq, orada böyük bir emalatxana götürüb işləməyə başlayır. Ölkənin bir sıra dövlət muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini düzəldib. Düzəltdiyim heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.[1]

Məşhur müzəzzinlər nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. 14 il İranda fars muğamlarını öyrənib. Sonradan Bakıda Ağaxan Abdullayevlə tanış olaraq ondan Azərbaycan muğamlarını öyrənib. Habil Əliyev ilk dəfə İrana gələndə onun İran musiqiçiləri üçün ayrıca konserti keçirilib. İlk dəfə onda “Rast” muğamını başdan-ayağa oxuyaraq muğam oxumağa başlayır. Dostları ilə birgə “Səhənd” ansamblı yaradaraq, Azərbaycan musiqilərindən ibarət konsertlər verirlər. 10 il həmin ansamblda çıxış edib. Daha sonra 5 il müddətində Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrədib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olub. Son illər Aşıq Çingiz Mehdipurun yaratdığı Dalğa qrupu ilə birgə çıxışlar edir.

2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür[3].

Ailəsi

redaktə

Atası Səlim Müəzzin İranda çox məşhur müəzzin olub. Ata babası Şeyx Kərim soylarından ilk azan çəkən olub. Ondan sonra uşaqları və nəvələri müəzzinlik ediblər. İndi də bu sənəti nəsllərində davam etdirənlər var. Atamsın və əmilərinin azanları lentə yazılıb və hazırda İranda və Azərbaycanda bir çox məscidlərdə məhz bu yazılan azanlar səsləndirilir.

İki övladı var. Böyük qızı Ayna Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsində təhsil alır. Fotoqrafiyanı, rəssamlığı bilir. Kiçik qızı Dəniz isə hələ məktəblidir.[1]

Rəsm əsərləri

redaktə
  • "Köhnə Bakı"
  • "Meyvə bazarı"
  • "Ərdəbil bazarı"
  • "Ənzəli bazarı"
  • "Balıqçılar"
  • "Bağ küçəsi"
  • "O olmasın, bu olsun"
  • "Xocalı"
  • "Xalxal dərəsi"
  • "Natürmort"

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 Vədud Müəzzin
  2. 1 2 "Vədud Müəzzinin fərdi sərgisi". 2019-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.
  3. "Tanınmış rəssam, heykəltaraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.