Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[1][2][…]22 iyun 2003[2][3][…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı .

Vasil Bıkov (Bıkaў)
Васіль Уладзіміравіч Быкаў
1944-cü il Rumıniya cəbhəsində leytenant V.Bıkov
1944-cü il Rumıniya cəbhəsində leytenant V.Bıkov
Doğum tarixi 19 iyun 1924(1924-06-19)[1][2][…]
Vəfat tarixi 22 iyun 2003(2003-06-22)[2][3][…] (79 yaşında)
Dəfn yeri
  • Şərq qəbiristanlığı[d]
Vətəndaşlığı Belarus Belarus
Milliyyəti belarus
Təhsili Vitebsk rəssamlıq məktəbi (1939-40)
Fəaliyyəti nasir, dramaturq, ictimai xadim
Fəaliyyət illəri 1947–2003
Əsərlərinin dili belarus, rus
Janrlar povest, publisistika, hekayə, esse
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
İmza
bykau.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır. 1980-ci illərin ortaları – 90-cı illərin əvvəllərində Belarus demokratik hərəkatının fəal xadimlərindən olmuşdur. 1990-cı illərin 2-ci yarısından Avropada yaşamış, ölümündən bir az əvvəl vətəninə dönmüşdür. 2003-cü il iyunun 22-də Minskdə vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Vasil Bıkov belarus və rus dillərində yazmışdır. Əsərləri 1947-ci ildən çap edilmişdir. Bıkovun yaradıcılığının əsasını təşkil edən müharibə mövzusu ilk dəfə “Birinci döyüşdə” (1949) hekayəsində əksini tapmışdır. Vətənin gənc müdafiəçiləri haqqında “Durna harayı” (1960) povest-rekviyemində, “Xəyanət” (1961), “Üçüncü raket” (1962; 1963-cü ildə ekranlaşdırılmışdır) povestlərində hadisələr sırf subyektiv şərh edilir, zaman və məkan sıxılır, etik problemlər, mürəkkəb insani münasibətlər isə ön plana çəkilir. “Alp balladası” (1964; 1966-cı ildə ekranlaşdırılmışdır; Y.A .Qlebovun musiqisi əsasında balet, 1967), “Ölülər ağrımır” (jurnal variantı 1965; əlahiddə nəşri 1982), “Lənətlənmiş yüksəklik” (1968), “Kruq Briyansk körpüsü” (1969), “Dan yeri ağaranadək yaşamalı” (1973; 1975-ci ildə ekranlaşdırılmışdır), “Obelisk” (1973; 1977-ci ildə ekranlaşdırılmışdır), “Getmək və geri dönməmək” (1978), “Fəlakət nişanəsi” (1982; 1985-ci ildə ekranlaşdırılmışdır) povestlərini yazmışdır.

Bıkovun “Basqın” (1989), “Sazaq” (1991) povestlərində, “Sarı qum” (1995) hekayəsində Stalin repressiyaları mövzusu üstünlük təşkil edir. “Karyer” (1986) romanının, “Canavar sürüsü” (1975; 1976-cı ildə ekranlaşdırılmışdır), “Onun batalyonu” (1976), “Sotnikov” (1970; 1977-ci ildə ekranlaşdırılmışdır), “Sev məni, əsgər” (1996) povestlərinin, “Evə aparan uzun yol” (2003) avtobioqrafik əsərinin, Belarus xalqının tarixinə və müasir taleyinə həsr olunmuş çıxışlar, məqalələrmüsahibələlərdən ibarət “Çarmıxda” (1992) kitabının müəllifidir. Bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.[4]

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Быков Василь Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 БЫКОВ Василий Владимирович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 319–322. ISBN 5-94848-245-6
  4. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 11. ISBN 978-9952-441-03-1.