Vegetarian (lat. vegeterian) — ət yeməyən insan. "Vegetarian" latın sözü olub "sağlam həyat" mənasını bildirir. Adi halda vegetarianlıq dedikdə heyvan mənşəli məhsullardan - ət və ət məhsullarından pəhriz etmək nəzərdə tutulur. Vegetarianlar heyvan məhsulları olan süd, yumurta və bal istehlak etdikləri halda vegetarianlığın daha ciddi forması hesab olunan veqanlıqda təkcə ət və ət məhsulları yox, bütün heyvan mənşəli məhsulların istifadəsinin (qida və geyim daxil hər cür istifadə istismar hesab olunur) dayandırılması nəzərdə tutulur. Veqanlıq tək qidalanma növü yox, həm də həyat fəlsəfəsidir.

*Ət
*Meyvə, tərəvəzsüd məhsulları

Xüsusiyyətləri

redaktə

Vegetarianlar öz rasionlarından ətibalığı çıxarırlar və yalnız göyərti, meyvə və südlü yeməklərlə qidalanırlar. Süd məhsullarından istifadə edənlər "laktovegetarian" adlanırlar. Yumurtadan istifadə edənlər isə "ovo-laktovegetarian" adlanırlar. Ciddi, tələbkar vegetarianlar nə yumurta yeyir, nə də süd içirlər. Vegetarianların əksəriyyəti alkoqollu içkilər içməyin və siqaret çəkmənin əleyhinədir.

Qalereya

redaktə

Mənbə

redaktə
  • Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 151.

Xarici keçidlər

redaktə