Vikipediya:Həftənin seçilmiş məqaləsi

Həftənin seçilmiş məqaləsi

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir

Ana Səhifə, seçilmiş məqalə bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara seçilmiş məqalə qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Məqalənin ana səhifəyə çıxarılması üçün o ya seçilmiş məqalə statusunda ya da həftənin aktual mövzusuna aid olmalıdır.

Həftənin seçilmiş məqaləsi bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.

Qısa keçid-yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 15 iyul 2024, Bazar ertəsi (İlin 29-cu həftəsi); saat 17:53 (UTC)


Seçilmiş məqalə

AyYerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətindəmifologiyasında mühüm yer tutmuşdur.

(Davamı...)

Növbəti həftənin seçilmiş məqaləsi

Möminə Xatun türbəsiAzərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir. Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır. Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir.

(Davamı...)