Faxralı: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 145: Sətir 145:
# [[Arif Əliyev (II)|Arif Əliyev]] — Gürcüstan və Azərbaycanın ictimai xadimi, Messenat
# [[Arif Əliyev (II)|Arif Əliyev]] — Gürcüstan və Azərbaycanın ictimai xadimi, Messenat
# Əhliman Qasımov — Gürcüstan və Azərbaycanın İctimai-Siyasi-İqtisadi xadimi, İqtisadi İnkişaf Nazirliyinin Statistika və analitik təhlil şöbəsinin müdiri
# Əhliman Qasımov — Gürcüstan və Azərbaycanın İctimai-Siyasi-İqtisadi xadimi, İqtisadi İnkişaf Nazirliyinin Statistika və analitik təhlil şöbəsinin müdiri
# [[Elmar Həsənov]] — Aşina Türk Qarapapaq Şadı, İctimai-siyasi xadim, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti.
# [[Elmar Həsənov]] — Aşina Türk Qarapapaq Şadı, İctimai-siyasi xadim, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti.
# [[Orxan Əliyev]] — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Türkləri Konfederasiyasının Vitse-prezidenti
# [[Orxan Əliyev]] — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Türkləri Konfederasiyasının Vitse-prezidenti
# [[Şura Ayvazov]] — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Qarapapq Türkləri Birliyi Rəyasət Heyətinin Sədri.
# [[Şura Ayvazov]] — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Qarapapq Türkləri Birliyi Rəyasət Heyətinin Sədri.

11:32, 28 oktyabr 2015 tarixinə olan versiya

Faxralı
gürc. ტალავერი
41°23′08″ şm. e. 44°38′41″ ş. u.
Ölkə  Gürcüstan
Region Aşağı Kartli diyarı
Rayon Bolnisi bələdiyyəsi
Rayon Faxralı icma sakrebulosu
İcma Faxralı icma sakrebulosu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 520 – 650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 6 891[1] nəfər (2002)
Milli tərkibi 99%–i azərbaycanlılar.[1]
Rəsmi dili Gürcü dili
Faxralı xəritədə
Faxralı
Faxralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Faxralı (gür.: g.ə. ფახრალო, l.ə. paxralo; 1991-ci ildən: gür.: g.ə. ტალავერი, l.ə. talaveri) - Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsində kənd. İmirhəsənBala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ტალავერის თემის საკრებულო, l.ə. talaveris temis sakrebulo) təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, MığırlıCəfərli kəndləri ilə əhatələnib.

Etimologiya

Ehtimallara görə Faxralı toponimi "fəxr" və "Alı" (hamının öyündüyü el qəhrəmanı Alının adından) sözlərinin sintezindən yaranmışdır. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də gürcüləşdirilərək Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) şəklinə salınmışdır.

Tarix

Faxralı kəndi 1869-cu ildə tərtib edilmiş Qafqaz diyarının 5 verstlik xəritəsində

Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna rəğmən kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.[2] Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir. XVII əsrin sonlarından başlayaraq kəndin əhalisi Azərbaycanın xüsusilə Qazax-GəncəQarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına xeyli artmışdır [3].

11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi "Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar" külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasına daxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir.[4]

Coğrafiyası

Kəndin ümumi ərazisinin dəniz səviyyəsindən hündürlüyü 520 – 650 metrdir.[q 1] Kiçik Qafqaz sıra dağları sisteminə aid olan Ağzıböyük silsiləsinin şimal ətəklərində Dələver çayının üzərində yerləşir. Coğrafi koordinatları 44° 38' 41" şərq uzunluğu, 41° 23' 08" şimal enliyidir. Rayon mərkəzindən 12 km. cənub-şərqdə, paytaxt Tiflisdən 40 km cənub-qərbdə yerləşir. Ən hündür nöqtəsi 1416 metrə çatan Qaradağ dağıdır. Faxralı coğrafi cəhətdən rayonun Saraçlı, Qoşakilsə, Molla Əhmədli, İmirhəsənXaçın kəndləri ilə qonşudur.

Təbiət

Flora

Fauna

Ekologiya

İqtisadiyyat

Əsas təsərrüfatçılıq sahəsi kənd təsərrüfatı olan kəndin ərazisi 17 min hektar ərazini əhatə edir. 2,5 min hektaradək əkinə yararlı torpaq sahəsinə malik Faxralı (2006-cı ildə Borçalı bölgəsi üzrə becərilmiş torpaqların 3,6%-i)[5] mühüm taxılçılıq, üzümçülük, kartofçuluq və tərəvəzçilik bölgəsi kimi tanınır. Geniş təbii otlaq sahələrinə malik olduğundan maldarlıq və arıçılıq geniş yayılmışdır.

Əhali

  • 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Faxralı kəndində Azərbaycan tatarlarından ibarət 73 ailə yaşayırdı.[6]
  • 14 may - 17 dekabr 1886-cı il tarixində aparılmış ailələr üzrə siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Borçalı qəzasının Faxralı kəndində tatarlardan (azərbaycanlılardan) ibarət 1.009 nəfər əhali yaşayırdı.[7]
  • Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayımına əsasən Tiflis quberniyası, Borçalı qəzasının Faxralı kəndində 1.309 nəfər (720 nəfəri kişilər, 589 nəfəri qadınlar) əhali yaşayırdı və onların 1.305 nəfəri müsəlman idi.[8]
  • 1 yanvar 1915-ci il tarixinə Tiflis quberniyası Borçalı qəzasının Faxralı kəndinin tatarlardan ibarət 2,105 nəfər əhalisi var idi.[9]
  • 1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən kənddə 5859 nəfər əhali yaşayırdı.[10]

Kənd əhalisi 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1886-cı ildə 1145 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər olmuşdur. 2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən Faxralıda 1495 ailədə 6891 nəfər sakin (rayon əhalisinin 12,2%-i) yaşayır ki, onlardan da 47,2%-i kişilər, 52,8%-i isə qadınlardır.Əhalinin cinsi tərkibində belə disbalans getdikcə miqyaslı xarakter alan əmək miqrasiyası ilə əlaqədardır.

Ailə üzvlri orta say hesabı ilə 41%-i 4-5 nəfərdən ibarətdir. Çoxuşaqlılığın geniş yayılması səbəbindən hər ailəyə düşən sakinlərin sayı (4,6 nəfər) rayonun (4,0 nəfər) və respublikanın orta göstəricisini (3,5 nəfər) qabaqlayır. Rəsmi statistikaya əsasən kənd əhalisinin 99%-i azərbaycanlılardan ibarətdir.

Faxralı əhalisinin sayı baxımından rayonda 1-ci ən böyük kənd, Bolnisi şəhəri və Kazreti qəsəbəsindən sonra isə 3-cü ən böyük yaşayış məntəqəsidir [11]. Əhalinin sayına görə bütövlükdə Gürcüstanda 7-ci yeri tutan Faxralı Borçalı bölgəsi üzrə təkcə Sadaxlı, Qızılhacılı, MartkofiSərtiçala kəndlərindən geridə qalır [12].

Faxralı kəndinin əhalisi
Cari hesablamalar tarixi Əhalinin sayı Əhalinin etnik tərkibi
26[q 2] may – 29[q 3] dekabr, 1886 1 049 azərbaycanlı
1915 2 105 azərbaycanlı
1926 2 557 azərbaycanlı
2002 6 891 azərbaycanlı

Nəsillər

1835–1836–cı illərə olan məlumata əsasən kənddə Xudular, Güllər, Yahyalar, İveylər, Qasımlı, Aşırlı, Kovxalı, Hasannı tayfalarından ibarət 120–dən artıq ev olub.[13]

Hüseynqulu Məmməd oğlu Məmmədlinin məlumatlarına əsasən 1920–1921–ci illərdə Gürcüstan SSR qurulana qədər Faxralıda təxminən bu tayfalar yaşayırdılar: Hasanlı, Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər, Qazaxlı, Qurbanlılar, Əhmədalılar, Nabadoğulları, Aşırlı, Dərgahlı (Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli və s.), Quyraxlı, Zamanlı, Çöllüöyləri, Vərzalar, Qarabədəllər, Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü, Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar, Alməmmədli (Bədəlli, Məməşdər–Teşərələr), Amaşdı, Məsimoğulları, Baləmmətli, Qubuş evləri, Babaşdı, Nəsib öyü, İramazan öyü, Baytallı, Kələli, Hasan öyü, Ayvaz öyü, Şirrətdi, Qasımlı, Şamratdı, Alqazaxlar, İskəndərlər, Tamılar, Göyüşdər, Adgözəllər, Kovxalılar, Nurular, Vəlxanlı, Şahbuzlular, Ayrımlar, Təhlələr, Nağılar, Həvillər, Qalayçılar, Xəlfələr, Sədilər, İmannı, Quşayvazlar, İveylər (Qarammədli və s.), Qəmbərli, Poladlı, Fatoylar, Budaxlı, Kələşdi, Gödəklər...[14]

Görkəmli şəxsiyyətlər

Elmlər doktorları

  1. Oruc Bayram oğlu Piriyev (d. 1921 – ö. 1997) — alim, tarix elmləri doktoru.
  2. Şəmistan Abdu oğlu Mikayılov (d. 1929) — alim, pedaqoji elmlər doktoru.
  3. Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — alim, kənd təsərrüfatı elmləri doktoru.
  4. Şamil Dünyamalı oğlu Qurbanov (d. 1934 – ö. 2004) — alim, filologiya elmləri doktoru, Azərbaycan Milli Məclisinin I çağırışıII çağırışında millət vəkili
  5. Əli Məhərrəm oğlu Hüseynov (d. 1935) — alim, biologiya elmləri doktoru, professor.
  6. Tahir Musa oğlu Pənahov (d. 1936) — alim, fizika-riyaziyyat elmləri doktoru, professor.
  7. Mahal Şaban oğlu Qurbanov (d. 1957) — alim, pedaqoji elmlər doktoru.
  8. Əflatun Mürsəl oğlu Həsənov (d. 1959) — alim, fizika-riyaziyyat elmləri doktoru.[15]

Elmlər namizədləri

  1. Elxan Məmmədli — alim, filologiya elmləri namizədi
  2. İzzət Əlizadə — alim, iqtisad elmləri namizədi

Şairlər

  1. Rəşid Faxralı — şair, jurnalist, ehtiyatda olan mayor
  2. Hamlet Kazımoğlu — şair

İctimai–siyasi xadimlər

  1. Arif Əliyev — Gürcüstan və Azərbaycanın ictimai xadimi, Messenat
  2. Əhliman Qasımov — Gürcüstan və Azərbaycanın İctimai-Siyasi-İqtisadi xadimi, İqtisadi İnkişaf Nazirliyinin Statistika və analitik təhlil şöbəsinin müdiri
  3. Elmar Həsənov — Aşina Türk Qarapapaq Şadı, İctimai-siyasi xadim, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti. Zırt :D
  4. Orxan Əliyev — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Türkləri Konfederasiyasının Vitse-prezidenti
  5. Şura Ayvazov — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Qarapapq Türkləri Birliyi Rəyasət Heyətinin Sədri.
  6. Məhərrəm Ayvazov — Aşina Türk Qarapapaq Xanı, İctimai-siyasi xadim, Gürcüstan Türkləri Konfederasiyasının Baş katibi.
  7. Şahin Həsənov — İctimai-siyasi xadim, Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri
  8. Əflatun Amaşov — jurnalist, "Ruh" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri, Azərbaycan Mətbuat Şurasının sədri
  9. Rəşid Əliyev — kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis
  10. Süleyman Qasımov — iqtisadçı, ARDNŞ-nin iqdisadi məsələlər üzrə vitse-prezidenti

İdmançılar

  1. Canpolad Budaqov — Uşu-sanda üzrə Avropa (1996-cı il) və Dünya (1999-cu il) birincisi.

Mədəniyyət

Hazırda Faxralı kəndində 2[16] azərbaycandilli orta məktəb, 1 stasionar xəstəxana və 1 məscid fəaliyyət göstərir. Sovetlər dövründə istifadəyə verilmiş mədəniyyət klubu 80-ci illərin sonlarında naməlum qruplaşma tərəfindən yandırılmışdır. Bundan başqa kənddə fəaliyyət göstərmiş 2 kitabxana da dağıdılmışdır.

Nəqliyyat

Sosial sfera

Təhsil

Kənddə 2 orta məktəb fəaliyyət göstərir. 2014-2015-ci tədris ili üzrə rəsmi məlumatlara əsasən məktəblərdə bütövlükdə 512 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur. [17] [18]

Səhiyyə

Kənddə 100% dövlət mülkiyyətində olan ambulator xəstəxana yerləşir. Ambulatoriyaya 26 fevral 2010-ci ildən Tahir Bayramov rəhbərlik edir. [19]

KİV

Televiziya və Radio

Qəzetlər

İnternet

Telekommunikasiya

Bayramlar

Məscid insidenti

Faxralı kənd məscidi, 2011-ci il

Yerli əhali 1907-ci ildə tikilən və bir əsrdən çox yaşı olan Faxralı kənd məscidinin yarımçıq qalmış bərpasına 2009-cu ildə başladı. 2009-cu ilin sentyabrın 16-da gürcü fundamental pravoslavlar qrupunun nümayəndələri etnik azərbaycanlıların yaşadığı kənddə məscidin təmirinə yol verməyib. Qrupun üzvləri heç bir hüquqları olmadan kənd sakinlərindən təmir-bərpa işlərinə icazəni tələb ediblər və kənd sakinlərinə bərpa işlərinin davam etdiriləcəyi təqdirdə hədə-qorxu gəliblər. Kənd sakinləri bildiriblər ki, bərpa işləri üçün yerli hakimiyyət orqanından icazə alıblar. Hesabat dövrünün sonunda məscidin təmir-bərpa işləri tamamlanmayıb, belə ki, hökumət tərəfindən rəsmi icazə məsələsi həllini tapmayıb. Fundamental pravoslavlar qrupunun üzvləri məsciddə bərpa işlərinin davam etdirilməməsi üçün məscid yaxınlığında növbə çəkiblər. Qrupa daxil olan Pravoslav Valideynlər Birliyinin sədri təsdiq edib ki, o, məscid ətrafında növbə çəkib. [20]

Mənbə

  1. Görüm Faxralının biri olsun beş... . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə.
  2. Ağır elsən, Borçalıda adın var... . — Müəllif: Səməndər Məmmədov; Redaktor: Musa Nəbioğlu. Bakı: "Elm və Təhsil", 2010, 208 səhifə.

Qeydlər

İstinadlar

  1. 1 2 საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები: ტომი II (საქართველოს სოფლების მოსახლეობა). მთავარი რედაქტორი: თეიმურაზ ბერიძე. თბილისი: საქართველოს სტატისტიკის ეროვნული სამსახური, 2003, გვერდი 200. ISBN 99928-0-769-5
  2. Son söz. — Faxralıda qədim qəbirüstü abidələr, səh. 256 // Görüm Faxralının biri olsun beş... . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə.
  3. Faxralı kəndi haqqında daha ətraflı məlumat (azərbaycan dilində)
  4. Акты, собранные Кавказской Археографической комиссией. Архив главного управления наместника Кавказского. Том I. Напечатан под редакцией, представителя комиссии статс-советника Адольфа Петровича Берже. Тифлис. Типография Главного Управления Наместника Кавказского. 1866 год. Оглавление: Часть вторая: V. Вступление Грузии в Русское подданство и учреждение в ней правительство: 575. Ведомость о разделении Грузии на пять уездов три в Карталинии — Лорийский, Горийский и Душетский, и два в Кахетии — Телавский и Сигнахский, с показаниями 1) уездных городов и селений, к уездам тем принадлежащих, поколику, селения сии доселе дознаны; 2) наций жителей, в городах и селениях тех обитающих; 3) принадлежности их к казне, к церкви, к уделам членов царственного Грузинского дома и к помещикам, и 4) как иноплеменные народы должны быть управляемы по исключительным привилегиям. Мая 8-го дня 1802 года, стр. 463
  5. Gürcüstan Statistika Departamentinin rəsmi internet səhifəsi (gürcü və ingilis dillərində)
  6. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 146
  7. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
  8. Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905. Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография „Общественная польза". Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXIX. Тифлисская губерния, стр. 51
  9. Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Алфавитный список населенным местам Кавказского края имеющим населения более 1000 душ обоего пола, с показанием народности, стр.31
  10. Всесоюзная перепись населения 1979 г. Численность сельского населения союзных республик (кроме РСФСР) - жителей сельских населенных пунктов - районных центров по полу
  11. 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələri (gürcü dilində)
  12. Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı (ingilis dilində)
  13. Tarixi keçmişimizə bir baxış, səh. 17. // Görüm Faxralının biri olsun beş... . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə.
  14. Tarixi keçmişimizə bir baxış, səh. 17 – 18. // Görüm Faxralının biri olsun beş... . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə.
  15. AMEA : Struktur: İnstitut və təşkilatlar: Radiasiya Problemləri İnstitutu: Elmlər doktorları: Əflatun Mürsəl oğlu Həsənov
  16. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы
  17. Ecatalog - არიფ ალიევის სახელობის ბოლნისის მუნიციპალიტეტის სოფელ ტალავერის №1 საჯარო სკოლა
  18. Ecatalog - ბოლნისის მუნიციპალიტეტის სოფელ ტალავერის №2 საჯარო სკოლა
  19. შპს ბოლნისის რაიონის სოფ. ტალავერის ამბულატორია - კომპანია ინფორმაციის მონაცემთა ბაზა
  20. Faxralı Məscidi ABŞ Dövlət Departamentinin Hesabatında

Xarici keçidlər

Həmçinin bax

Şablon:Bolnisi rayonu kəndləri