Səid Nəcəfzadə: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{İdmançı
{{İdmançı
|adı = Səid Nəcəfzadə
|adı = Səid Nəcəfzadə
|şəkil = Said Najafzade, 2020 Summer Paralympics bronze medalist.jpg
|şəklin ölçüsü = 220px
|şəklin izahı = <small>Səid Nəcəfzadə 2021-ci ildə</small>
|tam adı = Səid Əli oğlu Nəcəfzadə
|tam adı = Səid Əli oğlu Nəcəfzadə
|vətəndaşlıq = {{Bayraq|Azərbaycan}} [[Azərbaycan]]
|doğum tarixi = 14.1.1999
|doğum yeri = [[Sumqayıt]], [[Azərbaycan]]
|vəfat tarixi =
|vəfat yeri =
|boyu =
|idman növü = Yüngül atletika
|məşqçisi = [[Vladimir Zayets]]
|medallar =
|medallar =
{{Medal yarışları|[[Fayl:IPC logo (2019).svg|25x25px]] <br> [[Yay Paralimpiya Oyunları|Paralimpiya Oyunları]]}}
{{Medal yarışları|[[Fayl:IPC logo (2019).svg|25x25px]] <br> [[Yay Paralimpiya Oyunları|Paralimpiya Oyunları]]}}

21:12, 4 sentyabr 2024 tarixinə olan versiya

Səid Nəcəfzadə
Şəxsi məlumatlar
Tam adı Səid Əli oğlu Nəcəfzadə
Vətəndaşlığı
Doğum tarixi 14 yanvar 1999(1999-01-14) (25 yaş)
Doğum yeri
Karyera illəri 2009h. h.
Məşqçiləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səid Əli oğlu Nəcəfzadə (14 yanvar 1999, Sumqayıt) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. 2024-cü il Paris Yay Paralimpiya Oyunlarında isə kişilər arasında uzunluğa tullanma T12 kateqoriyasında Paralimpiya çempionu olub.[1]

Həyatı

Səid Nəcəfzadə 1999-cu il yanvarın 14-də Sumqayıt şəhərində anadan olub. 2005–2016-cı illərdə Sumqayıt şəhərində F. Piriyev adına 18 nömrəli tam orta məktəbdə təhsil alan Səid Nəcəfzadə, ali təhsilini 2016–2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİAA) alıb. 2009-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Vladimir Zayetsdir.

Karyerası

Səid Nəcəfzadə 2016-cı ilin may ayında uzunluğa tullanma üzrə şəhər çempionatının qalibi oldu.

2019-cu ilin iyul ayında o, Tunisdə baş tutan beynəlxalq turnirdə 6.80 metr nəticə ilə gümüş medala sahib oldu.

2021-ci ilin iyun ayında Səid Nəcəfzadə Polşada baş tutan Avropa Çempionatında 6.96 metr nəticə ilə turnirin qalibi oldu.

2020-ci ilin avqust ayında isə Səid Nəcəfzadə Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində Səid Nəcəfzadə 7.02 metr nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Səid Əli oğlu Nəcəfzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[2]

2024-cü ildə Yaponiyada keçirilmiş dünya çempionatında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,30 metr nəticə ilə qızıl medal qazanmışdır.[3] O, həmin ilin avqust-sentyabr ayında keçirilən 2024 Yay Paralimpiya Oyunlarında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,27 metr nəticə ilə Paralimpiya çempionu olub.[4]

İstinadlar

  1. "Paris-2024: Azərbaycanın daha bir təmsilçisi paralimpiya çempionu olub". Report İnformasiya Agentliyi (az.). 2024-09-02. İstifadə tarixi: 2024-09-02.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.
  3. "Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu olub". Oxu.az. 20 may 2024. İstifadə tarixi: 20 may 2024.
  4. "Paris-2024: Azərbaycanın daha bir təmsilçisi paralimpiya çempionu olub". Report İnformasiya Agentliyi (az.). 2024-09-02. İstifadə tarixi: 2024-09-03.