Vikipediya:Həftənin yaxşı məqaləsi/1. Həftə 2018

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cibril SisseKot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur.

Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) professional bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransa>ya köçmüşdür.

Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır. Burada 7 il oynadıqdan sonra, klubu tərk etmişdir. Bundan sonra, 6 ay "Nim Olimpik" FK oynayan Sisse, daha sonra "Oser" FK-un gənclər heyətinə qoşulmuşdur. 1998-ci ildə A dərəcəli kluba getməzdən əvvəl, 2 il burada oynamışdır.

(Davamı...)