Frida (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Frida
ing. Frida
Janr Macəra filmi
Əsas mövzu Frida Kahlo
Rejissor Culi Teymor
Prodüserlər
Ssenari müəllifi Klensi Siqal
Baş rollarda Salma Hayek
Alfred Molina
Antonio Banderas
Valeria Golino
Eşli Cadd
Mia Maestro
Edvaed Norton
Ceffri Raş
Operator Rassel Karpenter
Bəstəkar Elliot Goldenthal
İstehsalçı Miramax Films
Distribütor UIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi ABŞ 5 dekabr 1940
Müddət 123 dəqiqə
Büdcə $12 milyon
Gəlir $56,298,474[1]
Ölkələr Kanada Kanada
ABŞ ABŞ
Meksika Meksika
Dil İngilis dili
İl 2002
Rəng rəngli
Çəkiliş yeri Meksika
IMDb ID0120679
Mükafatları Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı

Frida (ing. Frida) — Salma Hayekin oynadığı Meksika rəssamı Frida Kahlonun həyatından bəhs edən bioqrafik dram filmi. 2002-ci ildə "Frida" iki Oskar mükafatı qazanmışdır.

1922-ci ildə 18 yaşında Frida taxta gövdəli avtobusda olarkən avtobus tramvay ilə toqquşur. Metal çubuq onun bədəninə sancılır və aldığı yaralar həyatı boyu onun üçün ağrı mənbəyi olur. Başını qatması və bir az özünü xoşbəxt hiss etməsi məqsədiylə atası ona yataqda rəsm çəkməsi üçün tuval verir.

Bir müddətdən sonra gəzmək qabiliyyətini geri qazanan Frida əsa ilə normal yeriməyə başlayır. Yaşadıqları üzündən ruhdan düşməyən Frida əsərlərini Dieqo Riveraya apararaq bunları qiymətləndirməsini istəyir. Dieqo Fridanın əsərləri çox bəyənir və ikisi arasında sevgi hissi yaranır. Dieqo Fridaya evlilik təklif edəndə Frida ondan ömür boyu sədaqət tələb edir. Ancaq evlilikləri boyunca Dieqonun bir çox qadınla əlaqəsi olur. Biseksual olan Fridanın da bir çox qadın və kişi ilə əlaqəsi olur. Hətta o, bir dəfə Dieqo ilə sevgi macərası yaşayan bir qadınla da əlaqədə olur.

Cütlük divar rəsmləri çəkmək təklifini qəbul edərək 1934-cü ildə Nyu-Yorka köçürlər. Frida ABŞ-də yaşayarkən uşağını doğmadan itirir, bunun ardınca isə anasının ölüm xəbərini alır və Meksikaya yola düşür. Kommunist olan Dieqo divarlarda kommunist ideyalarını təsvir edir. Dieqodan bunları dəyişdirməsi istənilsə də, ideologiyasına sadiq qalan Dieqo bundan imtina edir. Buna görə də rəsmlər dağıdılır. Bundan sonra cütlük Meksikaya geri dönür.

Fridanın xaç atasının qızı Kristina Dieqoya işlərində kömək etmək üçün Fridanın evinə köçür. Qısa müddətdə sonra Frida Kristina ilə Dieqo arasında gizli eşq olduğunu kəşf edir. Buna görə Dieqonu tərk edir və ailəsinin yanına köçür. Orada alkoqolizmə qurşanır. Cütlük yenidən bir bayramda görüşür və münasibətləri düzəlir. Dieqo siyasi düşüncələri üzündən təqiblərə məruz qalan dostu Lev Trotki və onun arvadının evlərində qalası üçün Fridanı razı salır. Gəzinti sırasında Lev Trotki Fridanın əsərlərinə vurğunluğunu açıqlayır və ikisi arasında gizli sevgi yaranır. Ancaq Levin arvadı bundan xəbər tutur və ərini Fridanın evini tərk etməyə məbur edir. Təhlükəsiz evdən çıxan Lev sui-qəsd nəticəsində öldürülür. Polis bu cinayətdə Dieqonu təqsirkar bilir və onu axtarmağa başlayır. Onu tapa bilməyən polislər Fridadan onun yerini soruşduqda Frida Dieqonun yerini bilmədiyini deyir. Fridaya təzyiq göstərmək məqsədiylə onu qısamüddətli həbs edirlər. Frida həbsxanada olanda Kristina onu ziyarət edir və onlar barışırlar.

Sonrakı gedişatda həkim Fridanın ayaq barmağının qanqren olduğunu görür və onu amputasiya edir. Dieqo Fridaya yenidən evlilik təklifi edir, Frida isə qəbul edir. Fridanın səhhəti get-gedə daha da pisləşir və bu dəfə ayağı amputasiya olunur. 1953-cü ildə Frida yatağı ilə öz sərgisində iştirak edə bilməsi üçün muzeyə daşınır.

Film Fridanın yatağında alovlar tərəfində məhv edilərkən olan təsviri ilə başa çatır.

Ad Rol Qeydlər
Salma Hayek Frida Kahlo
Alfred Molina Diego Rivera
Ceffri Raş Lev Trotski
Mia Maestro Cristina Kahlo
Eşli Cadd Tina Modotti
Antonio Banderas David Alfaro Siqueiros
Edvard Norton Nelson Rockefeller
Ameliya Sapata Maid
Alexandro Usiqli professor
Diyeqo Luna Alejandro Gonzalez Arias
Lolo Navarro Nanny
Lüsiya Bravo Auditoriadakı Model
Marqarita Sans Natalia Sedova
Patrisiya Reyes Spindola Matilde Kahlo
Rocer Ris Guillermo Kahlo
Valeriya Qolino Lupe Marín
Ömər Rodriges André Breton
Felipe Fulop Jean Van Heijenoort
Saffron Burrous Gracie
Mükafat Kateqoriya Resipient Nəticə
Oskar mükafatı Best Actress in a Leading Role Salma Hayek Nominated
Best Art Direction Felipe Fernández del Paso, Hania Robledo Nominated
Best Costume Design Julie Weiss Nominated
Best Makeup John E. Jackson and Beatriz De Alba Qazandı
Best Original Score Elliot Goldenthal Qazandı
Best Original Song ("Burn It Blue") Julie Taymor, Elliot Goldenthal Nominated
Qızıl Qlobus mükafatı Best Actress – Motion Picture Drama Salma Hayek Nominated
Best Original Score Elliot Goldenthal Qazandı
Britaniya Akademiya Film mükafatı Best Performance by an Actress in a Leading Role Salma Hayek Nominated
Best Performance by an Actor in a Supporting Role Alfred Molina Nominated
Best Costume Design Julie Weiss Nominated
Best Make Up/Hair Judy Chin, Beatriz De Alba, John E. Jackson, Regina Reyes Qazandı
Screen Actors Guild Awards Outstanding Performance by a Female Actor in a Leading Role Salma Hayek Nominated
Outstanding Performance by a Male Actor in a Supporting Role Alfred Molina Nominated
  1. "Frida". Box Office Mojo. Internet Movie Database. 15 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]