Adolf Assal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adolf Assal
Doğum tarixi 7 aprel 1981(1981-04-07)[1] (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti film prodüseri, kinorejissor, ssenarist
Təhsili
  • Kinqston Universiteti[d]
IMDb ID2151187
adolfelassal.net

Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981[1], İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri.

Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini DubayLondonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.

  • 2008: Divizionz
  • 2009: Reste bien, mec!'
  • 2013: Les Gars
  • 2019: Sawah
  • 2010: La Fameuse Route
  • 2010: Mano de dios
  • 2016: Ouni Mooss

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]