Alaşiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amarna dövründə Şərqi Aralıq dənizinin xəritəsi (e.ə. XIV–XII əsrlər).

Alaşiya,[1] həmçinin Alasiya (akkad. 𒀀𒆷𒅆𒅀 Alašiya [a-la-ši-ia]; Şablon:Lang-uga ẢLṮY; Linear B: 𐀀𐀨𐀯𐀍 Alasios [a-ra-si-jo]) və ya Alaşiya padşahlığı[2] — Orta və Son Tunc dövrlərində mövcud olmuş, Şərqi Aralıq dənizində bir yerdə yerləşən dövlət. Bu, qədim Misir və qədim Yaxın Şərqin digər dövlətləri üçün əsas məhsul, xüsusilə də mis mənbəyi idi. Bir sıra sağ qalmış mətnlərdə buranın adı xatırlanır və hazırda Kipr adasının qədim adı olduğu düşünülür. Bunu Alaşiyadan başqa hökmdarlara göndərilən gil lövhələrin Təl-Əviv Universitetində apardığı elmi təhlillər də təsdiqləmişdir.[3]

  1. Enqomi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. 608 səh. ISBN 978-9952-441-12-3.
  2. Knapp, A. Bernard. "J Article Alashiya, Caphtor/Keftiu, and Eastern Mediterranean Trade: Recent Studies in Cypriote Archaeology and History". Journal of Field Archaeology. 12 (2). 1985: 231–250. doi:10.2307/530294. JSTOR 530294.
  3. Goren et al. 2003

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]