Qovuqlu itburnu
Qovuqlu itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qovuqlu itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Ümumi yayılması
[redaktə | mənbəni redaktə et]Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir.
Statusu
[redaktə | mənbəni redaktə et]Azərbaycanın nadir bitkisidir.VU D2.
Bitdiyi yer
[redaktə | mənbəni redaktə et]Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
[redaktə | mənbəni redaktə et]Azərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 12–15 mm uzunluqda, 4–5 mm enindədir. Bitkinin çiçəkləri tək-tək, bəzən 2-3 ədəd olur. Çiçəkaltlığı yumurtaşəkillidir. Çiçək saplağı 5–9 mm uzunluqda qısa tüklərlə örtülüdür. Meyvəsi adətən dəyirmi, xırda, 15 mm-ə qədər uzunluqdadır. Meyvəsi yetişəndə tökülməyəndir. İyun-iyul aylarında çiçək açır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
[redaktə | mənbəni redaktə et]Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
[redaktə | mənbəni redaktə et]Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.
Zəruri qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Plant List (ing.). 2010.