Məzmuna keç

Anatol Frans

Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anatol Frans
Doğum tarixi 16 aprel 1844
Doğum yeri Paris
Vəfat tarixi 12 oktyabr 1924
Vəfat yeri Q22994052
Dəfn yeri Neuilly-sur-Seine Old Communal Cemetery
Vikipediya məqaləsi

Anatol Frans (16 aprel 1844 – 12 oktyabr 1924) — fransız şairi, jurnalisti və yazıçısı. Fransız Akademiyasının üzvü (1896), ədəbi nailiyyətlərinə görə 1921-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatını qazandı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağlın çevikliyi gözəlliyi də əvəz edə bilər.[1]
  • Alimlər adi insanlardan danışıq və mürəkkəb aldatmalara heyran olmaq qabiliyyəti ilə fərqlənirlər.
  • Analıq sənətinin ilk şərti uşaq yatdıqdan sonra yatmaqdır.
  • Atanın verdiyi tərbiyə uşaqların sərvətidir.
  • Ayaqsız bir uşağa rast gələn qədər ayaqqabısız olduğum üçün kədərlənirdim.

B

  • Bədbəxtliyin səbəbini başqa yerdə deyil, özümüzdə axtarmalıyıq.
  • Bircə ədalətli fikir bütün zəncirləri qıra bilər.
  • Biz dünyanı dəyişmədən onu xilas edə bilmərik. Mükəmməl təhsil almaq heç də mükəmməl həyat fəlsəfəsinə yiyələnmək demək deyil.
  • Bütün təbiət qanunlarını dərk etmədən biz onların heç birini dərk etməyəcəyik, çünki bunlar bir zəncirin halqalarıdır.

D

  • Dünya ikiyə bölündü, çatlar şairin ürəyindən keçdi.

E

  • Elm bütün qapıları açan açara bənzər.

Ə

  • Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər.
  • Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram.
  • Əgər yazıçı düşündüklərindən fərqli bir şey yazarsa, o yazı naqis olar.
  • Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz.
  • Əslində mən heç bir şey bilmirəm. Xəyal qurmaq hər şeydir.

G

  • Gələcək bizim hələ yan almadığımız nəhəng bir qitədir.
  • Gəmi sükana tabe olmadığda sualti qayalara tabe olur.
  • Gəzmək, bir zamanlar insan və kainat arasında var olan uyğunluğu təkrar qurar.
  • Günahsızlıq çox vaxt xeyirxahlıqdır, fəzilət deyil.

F

  • Fizikada olduğu kimi, psixologiyada da bizi əvvəlki zəminimizə bağlayan cazibə qanunu var.[2]

H

  • Heç kimə kitab verməyin. Çünki mən kitabxanamı oxumaq üçün alıb qaytarmadığım kitablardan qurmuşam.
  • Həqiqi sevgi, hər kəsin danışdığı kimi bir gül, lakin çox az adamın gördüyü xəyalətlərə bənzər.
  • Hər şeydə, o cümlədən təvazökarlıqda da müəyyən bir hədd gözlənilməlidir.
  • Həyatdan baş aça bilmirik, amma yenə də sonsuz bir həyat istəyirik.
  • Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.
  • Həyatla baş edə bilmirik, yenə də sonsuz bir həyat arzulayırıq.

X

  • Xalqları yüksəldən zəngin kitablardır.
  • Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir.

İ

  • İncəsənəti iki qorxunc məxluq hədələyir; bunlardan biri ustalıqdan xali olan sənətçi, digəri sənətə yad olan ustadır.
  • İnsan gələcəkdə onu nələrin gözlədiyini bilsəydi, həyatı dözülməz olardı.
  • İnsanlar doğulur, acı çəkir və ölürlər.
  • İradə zəif olanda, ən güclü ağıl belə bir qara quruşa dəyməz.
  • İstedad pula bənzəyir–ya var, ya da yoxdur.

K

  • Keçmişlə bağlı boş peşmanlıqlardan yapışmağa və bizi narahat edən dəyişikliklərə görə kədərlənməyə ehtiyac yoxdur, çünki dəyişiklik həyatın əsasıdır.
  • Kitab xəyalən ən uzaq məsafələri belə qət etməyə kömək edir.

Q

  • Qadın kişinin dahi tərbiyəçisidir.
  • Qadının ən böyük cavahiratı onun namusudur.
  • Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir.

M

  • Mənə kitablarını göstər, övladlarının kim olduğunu deyim.
  • Məntiqli düşünüb məntiqsiz hərəkət etmək insan quruluşunun xüsusiyyətidir.
  • Müəyyən zehni mədəniyyət olmadan nəcib hisslər də ola bilməz.

O

  • Oğlanlar öz analarının xoşniyyətli olduğuna qızlardan çox inanar
  • Oğullar analarının iffətli olduğuna inanarlar, qızlar da elə, amma onlar daha az inanarlar.
  • Otuz beş yaşına çatana qədər mən evə gəlməyincə anamın yatdığını görmədim.

Ö

  • Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yenidən yaşaya bilər.

S

  • Sevgi! Bu mənada nə qədər hüdudsuzluq var! Bir göz yaşında necə okean! Bir baxışda necə səma! Bir nəfəs almada necə tufan! Bir toxunuşda necə ildırım! Bir anda necə əbədilik!
  • Sevgidə kişilərə formalar və rənglər lazımdır; kişilər obrazlar tələb edir. Qadınlar isə yalnız duyğuları tələb edirlər. Onlar bizdən yaxşı sevirlər: onlar kordurlar.
  • Səyahət etmək bir vaxtlar insanla kainat arasında mövcud olan orijinal harmoniyanı bərpa edir.
  • Səyahət sözünün əsl mənası nədir? Məkan dəyişdirilsin? Qətiyyən! Səyahət etmək fikirləri və qərəzləri dəyişdirir.

Ş

  • Şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır.

T

  • Tanrılar kahinlərindən məhrum olduqda, onlar yaxınlaşan və ünsiyyətcil olurlar.
  • Təvazökarlıq öz gerçək dəyərini anlamaqdır.

Y

  • Yalnız qadınların maraqlandırmadığı kişilər qadın paltarı ilə maraqlanırlar.
  • Yaşamaq fəaliyyət göstərmək deməkdir.
  • Yol gözəlsə, hara çatdığının nə əhəmiyyəti var!
  • Yumorsuz dünya — quşlarsız meşəyə oxşayardı.

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.36
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,