İoann Filoponus (yun. Ἰωάννης ὁ Φιλόπονος, m. 490–570) — neoplatonçu filosof.

İoann Filoponus
q.yun. Ἰωάννης ὁ Φιλόπονος
Doğum tarixi təq. 490[1][2][…]
Doğum yeri
Vəfat tarixi təq. 570
Vəfat yeri
Fəaliyyəti filosof, ilahiyyatçı, riyaziyyatçı, fizik, yazıçı, astronom, qrammatik
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Fəlsəfəsi

redaktə

M. IV yüzillikdən sonra neoplatonizm Xristianlığa təsir etmişdir. Onlar bir-biri ilə çarpışaraq həm də bir-birindən ideya baxımdan bəhrələnmişdirlər. Neoplatonizm Xristianlıqla mübarizədə məğlub olsa da, ancaq onun ideyaları ortadan qalxmamış, sonralar dünya dinlərində özünü göstərmişdir.

Xristianlığın güclənərək dövlət dininə çevrilməsi prosesində yeni-platonçuların arasında artıq xristianlar da olmuşdurlar. Onlardan biri İoann Filoponus idi. O, Aristotelin və başqa keçmişdə yaşamış filosofların əsərlərinə şərhlər yazmışdır. Eyni zamanda onun "Dünyanın əbədiliyi haqqında", "Dünyanın yaranması haqqında. Proklusa qarşı", "Hakim və ya birlik haqqında" kimi öz əsərləri də var mövcud olmuşdur.

Bu əsərlərdə Filoponus keçmiş filosofların Xristianlığa uyğun olmayan fikirlərini tənqid etmişdir. Məsələn, Aristotelin dünyanın əbədiliyi haqqında fikirlərini rədd etmişdir. Bununla belə o, bir çox məqamlarda Xristian ilahiyyatına uyğun olmayan fikirlərlə də çıxış etmişdir. O demişdir ki, xristianların Ata-Oğul-Müqəddəs Ruh hissələrindən (hipostasislərdən) ibarət olan bir Tanrı o hipostasislərdən ayrı bir şey ola bilməzsə, deməli onların hər birində mövcuddur. Çünki, ümumi olan bir şey öz hissələrinin cəmidir. Deməli, Tanrı əslində elə üç tanrıdan ibarətdir və onların cəmidir[4]. Bu kimi baxışlar triteizm adlanır.

Daha sonra Filopones rəsmi kilsənin mövqeyinə zidd olaraq hesab edirdi ki, İsada ikili (insani və ilahi) təbiət ola bilməz. Çünki, İlahi və insani təbiətlər bir araya sığmaz. Beləliklə, Filopones İsada yalnız ilahi təbiəti qəbul etmişdir. Bu kimi baxışlar Xristianlıqda monofizitlik adlanır[5].

Rəsmi kilsə Filoponesin triteizmini və monofizitliyini pisləmiş və onları rədd etmişdir[6]. Ancaq sonralar bəzi Xristian kilsələri monoteizmi qəbil etmişdirlər.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 282-283. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 282-283. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • MacCoull, Leslie S. B., "Aristophanes in Philoponus: Did he get the joke?" Jahrbuch der Österreichischen Byzantinistik, 57, 2007,
  • Scholten, Clemens, "Welche Seele hat der Embryo? Johannes Philoponos und die Antike Embryologie," Vigiliae Christianae, 59,4 (2005), 377–411.
  • Сидоров А. И. Логика и диалектика Иоанна Филопона: о характере переходной эпохи в развитии философской мысли от античности к средневековью. // Историко-философский ежегодник. 1989. С. 179—194.
  • Лосев А. Ф. История античной эстетики. Том VIII. Итоги тысячелетнего развития. — М.: Искусство, 1992. Кн. 1. С. 33-35.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Joannes Philoponus // CONOR.SI.
  3. Catalog of the German National Library (alm.).
  4. Лурье, В. М. История Византийской философии Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Формативный период. СПб.: AXIŌMA., 2006, s. 221.
  5. История Византийской философии Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, s. 215.
  6. История Византийской философии Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, s. 214.