Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[1][2][…], Vyana[3]24 dekabr 1935[3][1][…], Vyana[3])—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu

Alban Berq
alm. Alban Berg
Ümumi məlumatlar
Doğum adı Albano Maria Johannes Berg
Doğum tarixi 9 fevral 1885(1885-02-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1935(1935-12-24)[3][1][…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sepsis[5]
Dəfn yeri
  • Hitsinq qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, musiqiçi, librettoçu
Fəaliyyət illəri 1907–1936
Janrlar opera, dodekafoniya
Musiqi aləti piano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi.

1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı.

Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur.

Fəaliyyəti

redaktə

1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.

Alban Berq özünün ilk orkestr əsərini 1912-ci ildə bəstələmişdir. 1914-1915-ci ildə ərsəyə gətirdiyi Op. 6 Orkestr üçün 3 əsəri müəllimi Şönberqə 40 yaşı ilə bağlı hədiyyə etmişdir.

Alban Berq 1915-1918-ci ildə hələ əsgərlikdə olarkən məşhur alman yazıçı Qeorq Bünçerin Vozzek adlı əsərinə yazdığı operasını 1922-ci ildə tamamlayır. Bu əsər musiqi tarixində ilk atonal opera sayılır və XX əsr musiqisinin ən önəmli təmsilçilərindən biri hesab edilir.

Bəstəkarın 1925-ci ildə bəstələdiyi Kamera konçertosu 1926-cı ildə bəstələnmiş Lulu suitasına nisbətən daha klassik bir janra sahibdir. Alban Berq 1935-ci ildə Lulu suitası üzərində çalışarkən işini yarımçıq qoyaraq Skripka Konçertosunu bəstələmişdir. Bu əsər özünəməxsusluğu ilə seçilir. Əsər Alma Mahler ilə məşhur memar Valter Qropiusun gənc yaşda vəfat edən övladları Manon Qropiusa həsr olunmuşdur. Bəstəkar əsəri tamamladıqdan bir neçə gün sonra xəstələnmiş və 4 ay müddətində, 24 dekabr 1935-ci ildə vəfat etmişdir.

Seçilmiş əsərləri

redaktə
  • Piano Sonatası, Op.1

Kamera musiqisi

redaktə
  • Simli alətlər Kvarteti Op.3
  • Klarnet ve Piano üçün 4 hissə, Op.5
  • Lirik suitası
  • Kammerkonzert (1925) Piano, skripka ve 13 nəfəsli musiqi alətləri üçün

Orkestr musiqisi

redaktə
  • Orkestr üçün 3 hissə, Op.6
  • Skripka konçertosu
  • Wozzeck, Op.7
  • Lulu

İstinadlar

redaktə