Emin Sabitoğlu

Azərbaycanlı bəstəkar

Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır.

Emin Sabitoğlu
Ümumi məlumatlar
Doğum adı Emin Sabit oğlu Mahmudov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Uşağı
Atası Sabit Rəhman
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1986 Ümumittifaq Lenin komsomolu mükafatı — 1968
"Şöhrət" ordeni — 1997

Həyatı

redaktə

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub[1]. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961).

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

Fəaliyyəti

redaktə

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq hələ də əsərləri ilə yaddaşlarda qalıb.

Təltif və mükafatları

redaktə

Xatirəsi

redaktə
 
Emin Sabitoğlunun xatirə lövhəsi (Bakı)

5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].

2022-ci ildə bəstəkarın 85 illik yubileyi Vyanada qeyd olunmuşdur[3].

Filmoqrafiya

redaktə

Səs operatoru kimi

Musiqi tərtibatçısı kimi

Bəstəkar kimi

Əsərlərindən istifadə olunan filmlər

İştirak etdiyi filmlər

Aktyor kimi

Haqqında çəkilən film

İstinadlar

redaktə
  1. "Kayzen.az – Böyük musiqiçilər: Emin Sabitoğlu -kinonun ruhunu duyan bəstəkar". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-08.
  2. president.az. ""Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[5 avqust]] [[2017-ci il]] tarixli, 3143 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 05.08.2017. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
  3. AzərTAc. "Vyanada Tofiq Quliyev və Emin Sabitoğlunun xatirə konserti keçirilib" (az.). Youtube.com. 30.11.2022. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.

Mənbə

redaktə
  • "Bu dənizin gözü yaşlı sənsiz…" //Xalq.- 2002.- 26 noyabr.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.

Xarici keçidlər

redaktə