Lata Mangeşkar (ing. Lata Mangeshkar, marathi लता मंगेशकर; 28 sentyabr 1929, İndore, Britaniya Hindistanı6 fevral 2022[1], Mumbay[1]) — hind müğənnisi, film bəstəkarı, kino prodüseri və aktrisasıdır, Hindistanın ən məşhur və hörmətli kadrarxası ifaçılarından biridir. Lata — Hindistanda ən yüksək mülki mükafat olan Bharat Ratna mükafatını (hind. भारत रत्न, Hindistanın xəzinəsi) alan ikinci hind müğənnisidir. Latanın üç kiçik bacısı (həmçinin müğənni və kadrarxası vokalçıdırlar) — Aşa Bhosle, Uşa Mangeşkar, Mina Mangeşkar və qardaşı – Hridayanath Mangeşkar var.

Lata Mangeşkar
marathi लता मंगेशकर
Ümumi məlumatlar
Doğum tarixi 28 sentyabr 1929(1929-09-28)
Doğum yeri
Vəfat tarixi 6 fevral 2022(2022-02-06)[1] (92 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bir neçə orqan çatışmazlığı sindromu[2]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, kino aktrisası, film bəstəkarı, film prodüseri
Fəaliyyət illəri 1942–2022
Janrlar dünya musiqisi[d]
Mükafatları "Fəxri legion" ordeni kavaleri Bharat Ratna Padma Vibhuşan Padma Bhuşan
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Lata İndore şəhərində teatr xadimi Master Dinanantha və onun həyat yoldaşı Şevantinin ailəsində anadan olub[3]. Onun ata tərəfdən babası Qaneş Bhatt Qoadakı hindli keşiş idi. Doğulanda ona "Hema" adı verilir, lakin sonra valideynləri "BhaawBandhan" tamaşasının qəhrəmanı Latikanın şərəfinə onun adını "Latu" qoyurlar[4]. Lata ailənin böyük övladı idi, onun bacıları Mina, Aşa, Uşa və qardaşı Hridaynath da həmçinin musiqiçi olurlar. O, ilk musiqi dərslərini atasından almış və beş yaşında onun tamaşalarında aktrisa kimi fəaliyyətə başlamışdı.

Vokal karyerası

redaktə

Latanın karyerası 1942-ci ildə başlamış və yetmiş ildən çox davam etmişdir.

O, 1945-ci ildə Mumbaya köçür və burada Ustad Aman Əli Xandan klassik hind musiqisi dərsləri almağa başlayır[5]. Onun 1945–47-ci ilə qədər olan mahnıları ictimaiyyətə az məlumdur.

Lata əvvəlcə o vaxtkı məşhur müğənni Nur Cahanın ifasını təqlid etmək istədiyini desə də, sonradan özünəməxsus ifa tərzini yaradır. Karyerasında ilk tanınan hit, Mahal filmində aktrisa Madhubalanın (bu film onun debütü idi) obrazı üçün oxunan "Aayega Aanewaala" oldu[6]. Sonradan, Lata Hindistanın otuz altıdan çox regional dilində və xarici dillərdə, lakin ən çox hind dilində mindən çox Bollivud filmi üçün mahnılar yazır.

Hind kinosunun bir çox qəhrəmanları, o cümlədən gənc qadınlar (məsələn, Hema Malinin ifasında Sovet-Hindistan istehsalı "Əli Baba və qırx quldurun sərgüzəştləri" filmindən Marcina) və hətta balaca qızlar da (məsələn, Do Kaliyaan "iki qönçə" filmində doqquz yaşlı Sonya Sinqhin qəhrəmanları) onun səsi ilə oxuyur.

Mangeşkar "Ən çox səs yazısı" üçün Ginnesin Rekordlar Kitabına (1974–1991-ci illərdə) düşmüşdür. GRK-ın 1974-cü il qeydinə görə, 1948–1974-cü illər arasında o, iyirmi hind dilində ən azı 25.000 solo, duet və mahnılara bek-vokal yazdırmışdır (1987-ci il nəşrinə görə, artıq 30.000 səs yazısı). Bu, həmkarı Məhəmməd Rafi də daxil olmaqla, bir sıra mənbələrdən mahnıların sayının çox şişirdildiyinə dair tənqidlərə səbəb oldu. Məhəmməd Rafi 1977-ci ildə Ginnesin Rekordlar Kitabının administrasiyasına yazmışdı: "Belə olan halda mən 28.000 səs yazısı etmişəm"[7].

Daha sonra müğənninin pərəstişkarları onun xüsusi titullara görə səs yazılarının sayını hesabladılar və ümumi cari rəqəmi 6,5 minə çatdırdılar, halbuki Rafinin vəfat etdiyi tarixə onların sayı (təxminən 5 min) həqiqətən ondan bir qədər az idi[7]. Hazırda Latanın kiçik bacısı Aşa Bhosle rekordun qeydə alındığı vaxt təxminən 11.000 mahnı ilə ən çox səs yazısı sayına görə Ginnesin Kitabının rekordsmeni kimi siyahıya alınmışdır[8].

Şəxsi həyatı

redaktə

Lata heç vaxt ailə qurmayıb və övladı yoxdur.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Obituary: Lata Mangeshkar, 'nightingale of Bollywood' dies at 92 (ing.). BBC News, 2022.
  2. Lata Mangeshkar: India singing legend dies at 92. BBC News.
  3. "Unplugged: Lata Mangeshkar". The Times of India (ingilis). 2009-09-20. 2019-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
  4. Khubchandani, Lata. Lata Mangeshkar. https://books.google.com/books?id=8y8vN9A14nkC&pg=PA486 (#bare_url_missing_title).
  5. "5 unknown facts about Lata Mangeshkar". The Times of India (ingilis). 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
  6. "Lata Mangeshkar — the living legend — Part I". DailyTimes (ingilis). 12015-07-10 tarixində orijinalından arxivləşdirilib.
  7. 1 2 Amarjit Singh Kohli. "Setting the record straight". Hindustan Times (ingilis). 2012-07-31. 2014-08-18 tarixində arxivləşdirilib.
  8. "Most studio recordings — singles and albums combined" (ingilis). GuinnessWorldRecords.com. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.

Xarici keçidlər

redaktə