Zirə FK

Azərbaycanın futbol klubu

Zirə FKBakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 2 dəfə — 2015/16, 2023/24 mövsümlərində Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

Zirə FK
Loqonun şəkli
Klubun tam adı Zirə futbol klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Qartallar"
Rəng(lər) mavi, göy
Yaranma tarixi 28 iyul 2014
Stadionu Zirə İdman Kompleksi[1]
Tutumu 1 500
Prezidenti Taleh Nəsibov
Baş məşqçisi Rəşad Sadıqov
Liqa Azərbaycan Premyer Liqası
2023-2024 2.
Rəsmi saytı

Stadionu

redaktə

Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.

Avrokuboklarda

redaktə

"Zirə" PFK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Luksemburqun "Differdanj" komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.

  • I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
  • I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
  • s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına

29 avqust 2024-cü il tarixində olan məlumat:

Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə
2017–18 UEFA Avropa Liqası I təsnifat mərhələsi   Differdanj 03 2–1 2–0 4–1  
II təsnifat mərhələsi   Astra 0–0 1–3 1–3  
2022–23 UEFA Konfrans Liqası II təsnifat mərhələsi   Makkabi Təl-Əviv 0-3 0-0 0–3  
2024–25 UEFA Avropa Liqası I təsnifat mərhələsi   Şerif 1-2 1-0 2-2 (p. 4-5)  
UEFA Konfrans Liqası II təsnifat mərhələsi   DAK 1904 4-0 2-1 6-1  
III təsnifat mərhələsi   Osiyek 2-2 1-1 3-3 (p. 2-1)  
Pleyoff   Omoniya 1-0 0-6 1-6  

Yarışlara görə

redaktə
  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

29 avqust 2024-cü il tarixinə olan məlumat:

Sıra Turnir O Q H M Qollar
1 UEFA Çempionlar Liqası 0 0 0 0 0–0
2 UEFA Kuboku / UEFA Avropa Liqası 6 3 1 2 7–6
3 UEFA Konfrans Liqası 8 3 4 1 10–13
4 UEFA Kuboklar Kuboku 0 0 0 0 0–0
5 UEFA İntertoto Kuboku 0 0 0 0 0–0
- Cəmi 14 6 4 4 17–19

Liqa və kuboklarda

redaktə

Azərbaycan Premyer Liqasında

  Gümüş medal (2)2015/2016, 2023/2024   Bürünc medal (1)2021/2022

Azərbaycan Kuboku

  Gümüş medal (2)2021/2022, 2023/2024

Heyəti

redaktə

1 iyul 2024-cü il tarixində yenilənib.[2]

Nömrə Ölkə Mövqeyi Futbolçu
3   DF Ange Mutsinzi
4   DF Ruan Renato
5   DF Stefane Aka
6   MF Eldar Quliyev
7   FW Məqsəd İsayev
11   FW Rüstəm Əhmədzadə (icarə Qarabağ-dan)
13   GK Aydın Bayramov
14   DF Elçin Əlicanov
15   MF Pyer Zebli
16   DF Fuad Bayramov
18   MF Martins Cunior
19   MF Salifou Soumah
20   MF İsmayıl İbrahimli (icarə Qarabağ-dan)
Nömrə Ölkə Mövqeyi Futbolçu
21   MF Hacıağa Hacılı
23   FW Rafael Utziq
27   FW Filipe Paxtmann
28   MF Abbas İbrahim
29   MF Ceyhun Nuriyev
32   MF Qismət Alıyev (Kapitan)
41   GK Anar Nəzirov
56   MF Samir Ağayev
66   MF Pərviz Azadov
70   FW İssa Cibrilla
77   DF Məqsəd İsayev
90   FW Davit Volkov
97   GK Tiaqo Silva

Baş məşqçi: Rəşad Sadıqov

Statistik məlumatlar

redaktə

Qalın şriftlə adları yazılanlar Zirənin cari futbolçularını göstərirlər.

Ən çox oyun keçirən futbolçular

redaktə
1 avqust 2024 tarixində yenilənib
Ad İllər Liqa Azərbaycan Kuboku Qitə Cəmi
1   İlkin Muradov 2015–2024 134 (3) 22 (2) 2 (0) 158 (5)
2   Qismət Alıyev 2020–h.h 117 (10) 17 (0) 6 (1) 140 (11)
3   Dimitrios Çantakias 2020–2024 108 (6) 17 (1) 2 (0) 127 (7)
4   Təmkin Xəlilzadə 2015–2018
2021–2022
103 (8) 12 (0) 4 (0) 119 (8)
5   Hacıağa Hacılı 2020–h.h 88 (0) 13 (0) 6 (0) 107 (0)
6   Adil Nağıyev 2015
2015–2019
96 (6) 7 (2) 2 (0) 105 (8)
7   Vüqar Mustafayev 2016–2019 79 (1) 9 (0) 3 (0) 91 (1)
8   Viktor İqbekoyi 2015–2018 81 (5) 5 (0) 3 (0) 89 (5)
9   Anar Nəzirov 2015–2019 83 (0) 1 (0) 4 (0) 88 (0)
10   Yovan Krneta 2015–2018 76 (6) 6 (0) 3 (0) 85 (6)

Ən çox qol vuran futbolçular

redaktə
29 avqust 2024 tarixində yenilənib
Ad İllər Liqa Azərbaycan Kuboku Qitə Cəmi
1   Davit Volkov 2020–2022
2024–h.h
26 (61) 2 (10) 4 (8) 32 (81)
2   Nelson Bonilla 2015–2016 14 (29) 3 (2) 0 (0) 17 (31)
3   Rafael Utziq 2024–h.h 8 (17) 3 (5) 5 (8) 16 (35)
4   Xulio Sezar Rodrigez 2019 12 (23) 3 (5) 0 (0) 15 (28)
4   Riçard Qadze 2017–2018
2019-2020
13 (46) 0 (4) 2 (4) 15 (54)
4   Hamidu Keyta 2022–2023 13 (46) 2 (6) 0 (2) 15 (54)
7   Ağabala Ramazanov 2020–2022 12 (47) 1 (4) - (-) 13 (51)
8   Rəhim Sadıxov 2022–2024 10 (70) 2 (9) 0 (2) 12 (81)
8   Qismət Alıyev 2020–h.h 10 (119) 0 (17) 2 (10) 12 (148)
10   Milan Duriç 2016–2018 8 (47) 1 (5) 0 (4) 9 (56)
11   Vüsal İsgəndərli 2015–2019 6 (60) 2 (9) 0 (0) 8 (69)
11   Adil Nağıyev 2015
2015–2019
6 (96) 2 (7) 0 (2) 8 (105)
11   Təmkin Xəlilzadə 2015–2018
2021–2022
8 (103) 0 (12) 0 (4) 8 (119)
11   Loris Broqno 2021–2023 6 (50) 2 (6) 0 (2) 8 (58)
Məşqçilər cəmi
Məşqçi Çalışdığı müddət aralığı
I divizion
Bəhram Şahquliyev 22 13 5 4 36 - 12 44 28.07.2014–05.04.2015
Premyer Liqa
Adil Şükürov 65 30 15 20 79 - 66 105 07.04.2015–27.12.2016
Ayxan Abbasov 51 22 16 13 62 - 51 82 27.12.2016–29.08.2018
Samir Abasov 37 12 10 15 41 - 47 46 29.08.2018–08.10.2019
Zaur Həşimov 16 6 4 6 24 - 28 22 09.10.2019–30.06.2020
Rəşad Sadıqov 33 11 15 7 37 - 32 48 17.07.2020 —

İstinadlar

redaktə
  1. 1 2 Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  2. globalsoft. "Team". ZirePFC (az.). 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.

Xarici keçidlər

redaktə