Turizm bazarı
Naviqasiyaya keç
Axtarışa keç
Bazar - tələbin və təklifin görüş yeridir. Müvafiq olaraq turizm bazarı elə bir yerdir ki, burada turist tələbi turizm təklifi ilə görüşür.
Turizm bazarı
[redaktə | mənbəni redaktə et]"Turizm terminlərinin izahlı lüğətində" turizm bazarı anlayışının 3 variantı verilir[1].
- Bu gün və sabah turizm məhsulunu almaq üçün imkanı olan (potensial alıcılıq qabiliyyəti olan) istehlakçılar toplumu
- Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi
- Dörd əsas elementin (turist tələbi, turizm məhsulunun təklifi, qiymətlər və rəqabət) qarşılıqlı iqtisadi əlaqələr sistemi.
Turizm biznesi
[redaktə | mənbəni redaktə et]Turizm biznesi aşağıdakı qruplara bölünür:
- fərdi kiçik
- orta biznes
Turizmin prinsipləri
[redaktə | mənbəni redaktə et]- İstehlakçılar cəmiyyətinin əsas hissəsindəki prioritet
- Rəqabət mübarizə prinsipinin hökmran olması
- Turizm maddi bazası üzərində şəxsi əmlak hüququ
- Həm istehlakçı, həm də müştəri üçün azad seçim hüququ
- İnsanın gəlirlərinin, əməyin nəticəsindən və əmək bazarındakı vəziyyətdən asılılığı
- Dövlət tərəfindən fərdi sahibkarlığın, istehlakçıların hüquqlarının hüquqi-normativ qanunvericiliklə dəstəklənməsi və sosial xarakterli fəaliyyətin həyata keçirilməsi.
Turist tələbi
[redaktə | mənbəni redaktə et]İnsanların mövcud olan qiymətlərlə ala biləcəkləri müəyyən turizm məhsulu və xidmətindən ibarət olan turizm tələbatının alıcılıq qabiliyyəti ilə təsdiq olunması.
Turizmdə təklif
[redaktə | mənbəni redaktə et]İstirahət və səyahət zamanı turistə lazım olan turizm və onunla əlaqədar xidmətlərin çeşidli toplusudur.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- TURİZMİN İQTİSADİYYATI VƏ İDARƏ ЕDİLMƏSİ Arxivləşdirilib 2017-05-16 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Sabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004