Erlinq Holann

Vikipediya, azad ensiklopediya
(Erlinq Haaland səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Erlinq Haland
Erling Haaland
Ümumi məlumatlar
Tam adı Erlinq Braut Haland
Doğum tarixi 21 iyul 2000(2000-07-21)[1][2] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.94
Çəkisi 87 kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sol
Klub haqqında məlumat
Klub İngiltərə Mançester Siti
Nömrəsi 9
Karyerası
Gənclik karyerası
2005—2015 Norveç Brune
Klub karyerası[* 1]
2015—2016 Norveç Brune 2 14 (18)
2016 Norveç Brune 16 (0)
2017 Norveç Molde 2 4 (2)
2017—2018 Norveç Molde 39 (14)
2019—2020 Avstriya Red Bull Salzburg 16 (17)
2020—2022 Almaniya Borussia Dortmund 67 (62)
2022–h.h İngiltərə Mançester Siti 69 (70)
Milli yığma[* 2]
2015—2016 Norveç Norveç U-15 4 (4)
2016 Norveç Norveç U-16 17 (1)
2017 Norveç Norveç U-17 5 (2)
2017—2018 Norveç Norveç U-18 6 (6)
2018 Norveç Norveç U-19 6 (6)
2019 Norveç Norveç U-20 5 (11)
2018 Norveç Norveç U-21 3 (0)
2019—h.h.  Norveç 33 (31)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 1 sentyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erlinq Holann (21 iyul 2000[1][2], Lids, Birləşmiş Krallıq[3]) — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb.[4]

Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub.

Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb. O, 2020-ci ildə Qızıl oğlan mükafatına layiq görülmüş, 2021-ci ildə isə Bundesliqada "mövsümün oyunçusu" seçilmişdir. O, həmçinin bir mövsümdə vurulmuş ən çox qol, iki, üç, dörd və beş het-trik vurmuş ən sürətli şəxs və liqa tarixində ardıcıl üç ev oyununda het-trik etmiş ilk şəxs də daxil olmaqla çoxsaylı Premyer Liqa rekordu qırıb. Holann 2023-cü ildə qol sayındakı uğuruna görə Premyer Liqan Qızıl Butsu, Avropa Qızıl AyaqqabısıGerd Müller Kubokunu qazanıb. Elə həmin il o həm də UEFA-nın "İlin kişi oyunçusu" və İFFHS-in "dünyanın ən yaxşı oyunçusu" adlarına layiq görülüb və Qızıl topun ikincisi olub.

Holann Norveçi müxtəlif gənclər səviyyələrində təmsil edib. 2019-cu il FİFA U-20 Dünya Kubokunda o, bir matçda rekord sayda, doqquz qol vuraraq turnirin Qızıl butsunu qazanıb. Holann Norveç millisində 2019-cu ilin sentyabrında debüt edib və hazırda ölkənin bütün zamanlarda ən çox qol vurmuş ikinci oyunçusudur.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur.[5]

Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur.[6] Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur.[7]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Haland İngiltərə[8], Niderland[9], Ukrayna[10] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
18 İyun 2017 tarixində yenilənib[11]
Klub Mövsüm Liqa Ölkə Kuboku Kontinental1 Digər2 Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Brune Eliteserien 2016–17 16 0 0 0 0 0 0 0 16 0
Molde Eliteserien 2016–17 1 0 0 0 0 0 0 0 1 0
Ümumi karyera 17 0 0 0 0 0 0 0 17 0

1UEFA Çempionlar Liqası görüşləri daxildir.

2Norveç Superkuboku görüşləri daxildir.

  1. 1 2 Erling Braut Haland // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Erling Braut Håland // FBref.com (çd.).
  3. 1 2 Erling Haaland // Transfermarkt (çd.). 2000.
  4. "Haaland breaks Premier League goalscoring record". Manchester City F.C. 3 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2023.
  5. "Ranheim vs. Molde - 12 May 2016 - Soccerway". soccerway.com. İstifadə tarixi: 2017-06-18.
  6. "Håland klar for Molde FK". moldefk.no (Norwegian). Molde FK. 1 February 2017. 2 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2017.
  7. "Sarpsborg 08 vs. Molde - 4 June 2017 - Soccerway". soccerway.com. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  8. "Norway U17 vs. England U17 - 4 May 2017 - Soccerway". soccerway.com. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.
  9. "Netherlands U17 vs. Norway U17 - 7 May 2017 - Soccerway". soccerway.com. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.
  10. "Ukraine U17 vs. Norway U17 - 10 May 2017 - Soccerway". soccerway.com. 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-24.
  11. Sitat səhvi: Yanlış <ref> teqi; soccerway adlı istinad üçün mətn göstərilməyib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]