Malyariya paraziti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Malyariya paraziti
Elmi təsnifat
Yarımaləm:
İnfraaləm:
Tipüstü:
Fəsilə:
Cins:
Malyariya paraziti
Beynəlxalq elmi adı

Plasmodium (lat. Plasmodium) — chromista aləminin apicomplexa tipinin aconoidasida sinfinin haemospororida dəstəsinin plasmodiidae fəsiləsinə aid xromist cinsi.

Malyariya paraziti mikroskopik ölçüyə malikdir. Bu paraziti insana anofeles cinsindən olan ağcaqanadlar keçirir. Parazitlə yoluxmuş ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir. Qana keçmiş parazitlər qaraciyər toxumasına daxil olur. Burada parazitlər böyüyür və çoxalır: nəticədə çoxlu miqdarda cavan hüceyrələr (parazitlər) əmələ gəlir, çoxalma yenidən təkrar olunur. Əmələ gəlmiş yeni cavan parazitlər qanın qırmızı qan cisimciklərinə daxil olur, orada qeyri-cinsi yolla yuxarıdakı qaydada (qaraciyər toxumasında olduğu kimi) təkrarən yenidən bölünür, nəticədə qırmızı qan cisimcik partlayır. Qanın plazmasına tökülən parazitlər yeni sağlam eritrositlərə daxil olur və həmin proses yenidən təkrar olunur.

Müəyyən müddətdən sonra insanın qanında olan parazitlərin çoxalması dayanır və onların sonrakı inkişafı üçün ağcaqanadın bədəninə düşməsi lazımdır. Ağcaqanadın mədəsində parazitin makro və mikroqamet adlanan forması birləşir və ziqota (rüşeymin) əmələ gəlir. Parazit ağcaqanadın bağırsaq divarını deşib bədən boşluğuna daxil olur və burada şişlər əmələ gəlir, Bu şişlərdə bölünmə nəticəsində çoxlu miqdarda (10000-ə qədər) yeni parazitlər əmələ gəlir. Şişlər partlayır, parazitlər ağcaqanadın bədən boşluğuna tökülür, sonra tüpürcək vəzilərinə keçir. Belə ağcaqanadlar sağlam insanı sancdıqda tüpürcək vəzisindən parazitlər insanın qanına keçir və beləikİə, insan malyariya xəstəliyinə tutulur. Bu xəstəliyin əsas əlaməti xəstənin əvvəlcə titrəməsi, sonra isə bərk qızdırmasıdır.

Orta Asiya, Cənubi Qafqaz, o cümlədən Azərbaycanda bu xəstəlik vaxtilə geniş yayılmış və əhalinin böyük tələfatına səbəb olmuşdur. Lakin alimlərin əməyi sayəsində xəstəliyə qarşı elmi əsaslı mübarizə tədbirləri işlənib hazırlanmışdır. Malyariya yayılmış rayonların ərazisində olan müxtəlif bataqlıqlar qurudulmuş və ya oraya neft çilənmiş, zəhərli maddələr tökülmüş, yaxud durğun sulara ağcaqanad sürfələri ilə qidalanan hambuziya balıqları buraxılmışdır. Bu xəstəliyin azalmasına baxmayaraq, onun kökü hələlik kəsilməmişdir.