Muğanlı (Xocavənd)

Xocavənd rayonunda kənd

MuğanlıAzərbaycan Respublikasının Xocavənd rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Muğanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.

Muğanlı
39°49′36″ şm. e. 47°08′28″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 298 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Muğanlı xəritədə
Muğanlı
Muğanlı

Toponimikası

redaktə

Kənd Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[2]

Tarixi abidələri

redaktə
  • Məscid
  • Seyid Rza günbəzi (XIV əsr)

Coğrafiyası və iqlimi

redaktə

Əhalisi

redaktə
İl Daimi əhali Kişilər Qadınlar
1999[3] XXXX XXXX XXXX
2009[4] ↗XXXX ↗XXXX ↗XXXX

Tanınmış şəxsləri

redaktə

Şəhidləri

redaktə

Ümumilkdə kəndin səkkiz şəhidi olub.

İqtisadiyyatı

redaktə

Mədəniyyəti

redaktə

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

redaktə

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

redaktə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

redaktə
  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
  2. Muğanlı (Xocavənd) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə