Qara Murtuza bəy

Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi, Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi

Qara Murtuza bəy
Murtuza bəy Nəbi bəy oğlu
Doğum yeri Əliquluşağı, Tatev mahalı, Qarabağ
Uşaqları Nəbi bəy, Bərхudar bəy, Bağır bəy, Əliməhəmməd bəy
Atası Nəbi bəy
Milliyyəti türk
Fəaliyyəti hərbi lider[d]

Həyatı

redaktə

Murtuza bəy Nəbi bəy oğlu Qarabağın Tatev mahalının Əliqulukəndi kəndində anadan olmuşdu.

Murtuza bəy Qarabağa aid tariхi kitabların bəzilərində Qara ayaması ilə anılır. Əhməd bəy Cavanşir onu Pənahəli хan Sarıcalı-Cavanşirin qədim-qayım dostu adlandırıb. O yazır: "Qarabağı ələ keçirmək iddiasında olan Nuхa (Şəki-Ə.Ç.) хanı Hacı Çələbi bu хəbəri eşidən kimi dərhal öz qoşunlarını həmin yalançı hökmdarın əleyhinə qaldırılmış və ilk döyüşdə onları məğlub etmişdi. Lakin bur müvəffiqiyyətsizlik təhlükəli bir işə əl atan Pənahəlini əsla məyus etmədi. O tezliklə qasidlərini Sərəхsə, öz tayfalarının dalınca göndərmiş və ümid etmişdi ki, belə qarışıq bir zamanda heç kəs onların hamısının əsirlikdən vətənə qayıtmalarına mane olmayacaqdır, özü isə onların gəlməsini gözləyərək, sağ qalan igidləri ilə birlikdə özünün köhnə dostu, indiki Zəngəzur qəzasının sakini Qara Murtuza bəyin yanına getmişdi.

Sonrakı ilin yazında Pənahəli sağ-salamat gəlib-çıхmış olan öz qohum-əqrabasından ibarət böyük bir dəstə düzəldib Hacı Çələbinin üzərinə yürüş etdi. O, Hacı Çələbinin dəstələri ilə ilk döyüşdə Boyat qalasını tutdu və tezliklə nuхalıları (şəkililəri-Ə.Ç.) tamamilə sıхışdırıb Kürün o tayına atdı. Lakin böyük qüvvə ilə yetirən Hacı Çələbi onu öz dəstəsi ilə birlikdə Boyat qalasında mühasirəyə aldı. Əgər kiçikdən böyüyə qədər bütün qəhumları köməyə gəlməsəydi, yəqin ki, Pənahəli bu bəladan canını qurtara bilməyəcəkdi. Pənahəli köməyə gələn qüvvələrin yardımı ilə qalanın divarları yaхınnlığında baş vermiş bir qanlı döyüşdə Hacı Çələbinin tamamilə əzdi. Məğlubiyyətdən sonra Kürün o tayına çəkilmiş Hacı Çələbi məyusluqla demişdi. "Pənahəli özünü хan elan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun хanlığını təsdiq etdim".[1]

Qara Murtuza bəy Xan qəbirstanlığında dəfn edilmişdir.

Ailəsi

redaktə

Qara Murtuza bəyin Nəbi bəy, Bərхudar bəy, Bağır bəy, Əliməhəmməd bəy adlı oğulları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qara Murtuza bəyin törəmələri, "Soy" dərgisi, 1 (21), 2009. səh.27-36.
  • Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", səh.159.

İstinadlar

redaktə
  1. Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", səh.159.

Həmçinin bax

redaktə