İsmayıl Seragəldin

İsmayıl Seragəldin (9 may 1944[3], Cizə) — İsgəndəriyyə kitabxanasının təsisçi direktoru[4], həmin kitabxananın tədqiqat institutu və muzeyinin direktorlar şurasının sədri, bir sıra akademik, elmi, beynəlxalq müəssisələrinin məşvərətçi komitələrinin üzvü, yaxud sədri, o cümlədən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.[5]

İsmayıl Seragəldin
ərəb. إسماعيل سراج الدين
Doğum tarixi
Doğum yeri Giza
Vətəndaşlığı Misir Misir
Elmi dərəcəsi fəxri doktor
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Dostluq" ordeni
Nizami Gəncəvi adına Qızıl medal
"İncəsənət və Ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeni komandoru "Fəxri legion" ordeni kavaleri "Doğan günəş" ordeni "Skanderbeq" ordeni
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
serageldin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1944-cü ildə Misir Ərəb Respublikasının Cizə şəhərində anadan olub.

Elmi fəaliyyəti

redaktə
  • 1972-ci ildə Harvard Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
  • O, bir müddət şəhər və regional planlaşdırma üzrə məsləhətçi vəzifəsini icra etmiş, daha sonra Qahirə və Harvard Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
  • 1992-2000-ci illərdə Dünya Bankının vitse prezidenti olub.[4][6]
  • 1994-2000-ci illərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhətçi qrupun sədridir.
  • 1995-2000-ci illərdə Parisin “Fransa Kolleci”ndə “Beynəlxalq Yoxsulluq Əleyhinə Bilik” qurumunun professoru olub.
  • Hollandiyanın Vageningen Universitetinin professorudur.
  • 1996-2000-ci illərdə Qlobal Su Əməkdaşlığının Yoxsullara yardım üzrə Məsləhətçi Qrupun təsisçisi və sabiq rəhbəri olub.
  • 1996-cı ildən 2016-cı ilə qədər Azərbaycan, Rumıniya, Avstraliya, Hindistan, ABŞ, Fransa, Keniya, İtaliya, Misir, Kanada, Livan, İrlandiya, Gürcüstan, Bolqarıstan kimi ölkələrin ayrı-ayrı elmi müəssisələrinin elmlər doktoru, fəxri doktoru kimi adları ilə təltif olunmuşdur.
  • 2006-cı ildən Afrika Birliyinin Biotexnologiya üzrə ali səviyyəli qruplarının həmsədridir.
  • 2006-2007-ci illərdə BMT TŞ-ı tərəfindən çağırılan Sivilizasiyalar İttifaqı üzrə ali səviyyəli qrupun üzvüdür.
  • 2009-cu ildən "AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun " fəxri doktorudur.
  • 2010-cu ildən "Həyat Ensiklopediyası"nın İcraedici Şurasının üzvüdür.
  • 2010-cu ildən "Dünya Rəqəmsal Kitabxanası"nın İcraedici Şurasının üzvüdür.
  • 2010-cu ildən "Odlar Yurdu Universiteti"nin fəxri doktorudur.[7]
  • 2012-2013-cü illərdə Elm, Texnologiya və İnnovasiyalar üzrə Afrika Birliyinin həmsədridir.  
  • 2013-cü ildə İP adreslər və domen adları idarəsi üzrə Korporasiyanın (İCANN) internetin gələcəyinə baxış panelinin üzvüdür.     
  • 20132016-cı illərdə Dünya Sosial Elmlər Hesabatının Məsləhət komitəsində xidmət edib.
  • 2013-cü ildə - YUNESKO tərəfindən dəstəklənən Dünya Su Ssenarisin­də iştirak edib.   
  • 2016-cı il 11 dekabr tarixində ona Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin, tolerantlıq və multikultu­ralizm, xalqlar arasında qarşılıqlı anlaşma və sülh ideyalarının təbliğində əvəzsiz xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu və mantiya ilə təqdim edilib.
  • Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. 
  • 08 may 2024-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.[8]

Qalereya

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 https://www.aub.edu.lb/doctorates/recipients/Pages/serageldin.aspx.
  2. 1 2 http://www.serageldin.com/Home/Page.aspx?id=21.
  3. Ismāʿīl Sirāǧ al-Dīn // AlKindi.
  4. 1 2 İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin[ölü keçid]
  5. İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycana gəlir[ölü keçid]
  6. "World Bank". www.serageldin.com. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
  7. "About Serageldin". www.serageldin.com. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
  8. "İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.

Xarici keçidlər

redaktə