Arif Həzi oğlu Aslanov (1 oktyabr 1938, Ovruç[d], Jitomir vilayəti1 may 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın avtomobil nəqliyyatı naziri (1990–1992), "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti (1992–1996).

Arif Aslanov
bayraq
"Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti
bayraq2
29 yanvar 1992 – 20 iyul 1996
Əvvəlkivəzifə təsis edilib
SonrakıHüseyn Hüseynov
bayraq
Azərbaycan Respublikasının avtomobil nəqliyyatı naziri
bayraq2
5 fevral 1991 – 29 yanvar 1992
Əvvəlkivəzifənin adı dəyişdirilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
bayraq2
5 iyun 1990 – 5 fevral 1991
ƏvvəlkiFuad Rüstəmov
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini
bayraq2
25 oktyabr 1979 – 5 iyun 1990
NazirŞakir Kərimov
Yuri Şedrin
Fuad Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 1 oktyabr 1938(1938-10-01)
Doğum yeri
Vəfat tarixi 1 may 2007(2007-05-01) (68 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti dövlət qulluqçusu
Atası Həzi Aslanov
Uşağı Həzi Aslanov

Həyatı

redaktə

Arif Həzi oğlu Aslanov 1938-ci ildə anadan olmuşdur. 1963-cü ildə Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı fakültəsini mühəndis-mexanik ixtisası üzrə, həmçinin 1983-cü ildə Moskva Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ilin noyabrında başlamış, 1961–1963-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Hasilatı İnstitutunun preparatoru, 1963–1964-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun texniki, 1964–1966-cı illərdə Bakı Dəniz Limanının stividoru olmuşdur. 1966-cı il iyulun 17-dən 1979-cu ilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Bakı istehsal trestinin mühəndisi, həmin nazirliyin Bakı növbətçi avtomobillər parkının rəisi, Bakı Avtomobil Nəqliyyatı İstehsalat Birliyində rəis müavini kimi vəzifələrində çalışmışdır.[1]

Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1979-cu il tarixli Qərarı ilə Arif Aslanov Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 11 ilə yaxın işləmiş, 5 iyun 1990-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin olunmuşdur.[1]

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilmiş və Arif Aslanov bu qurumun prezidenti təyin edilmişdir.[2] O, bu vəzifədə 1996-cı il iyulun 20-dək çalışmışdır.[3]

Arif Aslanov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir. O, fəaliyyəti dövründə dəfələrlə dövlət mükafatları və diplomlarla təltif edilmişdir.

Arif Aslanov 2 may 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4] Üç övladı var idi.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun oğludur. Azərbaycan SSR daxili işlər nazirinin birinci müavini Tofiq Aslanovun qardaşıdır.

İstinadlar

redaktə
  1. 1 2 Азәрбајҹан ССР автомобил нәглијјаты назири: [Ариф Һәзи оғлу Асланов] // Коммунист. № 125 (21193). 6 ијун 1990-ҹы ил. С. 1.
  2. "Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyinin "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 29 yanvar 1992. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  3. A. H. Aslanovun "Azəravtonəqliyyat" Dövlət Konserninin prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. № 3. Bakı. 1996. S. 58.
  4. Talışlı, M.; Əhədov, E. Lənkəran: Ensiklopedik məlumat. Bakı. 2014. səh. 46.